Ramil Səfərovun qardaşı silahla gəzir? - FOTOLAR

img

26-08-2014 [16:08]


Macarıstanda Azərbaycan bayrağını təhqir edən erməni zabiti Qurgen Markaryanı qətlə yetirməklə gündəmə gələn və ölkəmizə ekstradisiya edilərək İlham Əliyevin məlum sərəncamı ilə əfv olunan, hazırda Müdafiə Nazirliyində çalışan Ramil Səfərov və qardaşı sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

Qaynar.info xəbər verir ki, zabitin qardaşı Vüqar Səfərov Ramil Səfərovla Göygöldə istirahət zamanı çəkdirdikləri fotoları "Facebook" sosial şəbəkəsində paylaşıb.

Vergilər Nazirliyində müvəkkil vəzifəsində çalışan və "Qardaşımla fexr edirem, Allah qorusun" deyə status yazan Vüqar Səfərovun üstündəki "Makarov" tipli tapança isə diqqət çəkib.

Ehtimal olunur ki, onun üstündəki silah təhlükəsizlik məqsədilə Ramil Səfərova verilib. Çünki erməni lobbisi dəfələrlə açıqlamalarında zabitimizi təhdid etməkdən belə çəkinməyib.

Qeyd edək ki, ötən gün Ramil Səfərovun ad günü idi, zabitimizin 37 yaşı tamam oldu.







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA