Gəncə Dövlət Universiteti yeni dərs ilinə hazırlaşır

img

26-08-2014 [15:23]


Gəncə Dövlət Universitetinin yeni təris ilinə hazırlığa başlayıb. GDU-dan verilən məlumata görə, demək olar ki, bütün tədris korpuslarında əsaslı və ya cari təmir işləri başa çatdırılıb və yenilənmiş auditoriyalar tələbələrin gəlişini gözləyir.

Əsas tədris binasında cari təmir işləri aparılıb, laboratoriya inventarlarıyla, digər avadanlıqlarla təchiz olunub. Binanın həyətində də abadlıq işləri görülüb.
İkinci tədris binasında isə daxili istilik sistemləri yenidən quraşdırılıb, 220 kvadratmetr auditoriya pəncərələri dəyişdirilib, idman zalı əsaslı təmir olunub, iclas zalı da əsaslı təmir olunaraq lazımı avadanlıqlarla tam təchiz olunub. Binanın həyətində 360 kvadrat metrlik daş hasar çəkilərək suvandıqdan sonra emulsiya ilə rənglənib. Auditoriyalar da əsaslı təmir olunub.

Üçüncü tədris binasında da əsaslı təmir işləri aparılıb. Dördüncü tədris binasında isə 1250 kvadrat metrlik dam örtüyü yenisi ilə əvəz olunaraq həyətdə abadlıq işləri aparılıb, universitetin yataqxanasında da cari təmir işləri aparılıb. Bir sözlə, Gəncə Dövlət Universiteti bütünlüklə yeni görkəmdə tələbələrini və müəllimlərini qarşılamağa hazırdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA