Nazir müavininin qardaşı arvadına kələk gəliblər
02-08-2025 [15:58]
Azərbaycanın fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı olmuş Nazim Məmmədovun mərhum qardaşının ailə üzvləri külli miqdarda dələduzluqla üzləşiblər.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, generalın mərhum qardaşı Malik Məmmədovun xanımı aldadılıb.
Əvvəlcə xatırladaq ki, Malik Məmmədov da uzun illər FHN-də vəzifə tutub. O, FHN-də Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olub. Malik Məmmədov 2018-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib.
General Nazim Məmmədov isə Dövlət Gömrük Komitəsində sədr müavini olub. Son olaraq fövqəladə hallar nazirinin müavini təyin edilib. 2022-ci ildə vəzifədə olduğu müddətdə dünyasını dəyişib.
Nazim Məmmədovun gömrükdə necə vəzifəyə gəlməsi, general olması ilə bağlı maraqlı və qalmaqallı məlumatlar var. Onun əvvəlcə Kəmaləddin Heydərovun sürücüsü olduğu, ixtisasca baytar olduğu, 48 yaşında hüquq təhsili alaraq gömrükdə vəzifəyə təyin olunduğu məlumdur.
Bildirək ki, Nazim Məmmədov general olduqdan sonra qardaşı Malik Məmmədovun da yolu açılmışdı. Malik Məmmədov FHN-də müxtəlif vəzifələr tutub.
Malik Məmmədov vəzifədə olduğu ərəfədə daha çox biznes, torpaq alqı-satqısı, obyekt tikintisi ilə məşğul olub. Onun Qobustanda keçmiş bələdiyyə sədri Əlikram Musayevlə birləşərək ölmüş şəxslərin adına olan torpaq sahələrini ələ keçirməsi ilə bağlı yerli sakinlərin xeyli sayda müraciətləri var.
Malik Məmmədovun xanımı necə dələduzluqla üzləşib?
Qeyd etdiyimiz kimi, Malik Məmmədovun adına xeyli sayda torpaq sahələri olub. Malik Məmmədovun xanımı Nubar Məmmədova mərhum ərinin adına olan torpaq sahələrini öz adına keçirmək üçün əvvəlcədən tanıdığı Raidə adlı qadına 98 min manat pul verib. Lakin nəticədə aldadılıb. Raidə adlı xanım Bakıdakı məktəblərdən birində kitabxanaçı işləyir.
Məlumata görə, Nubar Məmmədova ərinin adına torpaq sahələrinin olduğunu sonradan öyrənib. Buna görə də həmin torpaq sahələrini öz adına sənədləşdirmək istəyib.
Nubar Məmmədovaya qarşı dələduzluq edən qadın məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürlüb.
İstintaq zamanı təqsirləndirilən Raidə adlı xanım zərərin əsas hissəsini ödəyib. Qalan məbləğlə bağlı isə tərəflər rasında razılıq əldə edilib. Təqsirləndirilən qadın şərti cəza alıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi