İnsan alverinin qurbanı olan qadınlar cəmiyyətə necə qayıdır? - DİN əməkdaşları və QHT-lər bunu müzakirə etdi
02-08-2025 [11:12]
Bir qrup qeyri-hökumət təşkilatı (QHT) İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə insan alveri qurbanları üçün sığınacağa infotur edib.
Mia.az xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü və Daxili İşlər Nazirliyi (DİN ) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ) dəstəyi ilə insan alveri qurbanları üçün fəaliyyət göstərən, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan “İnsan alveri qurbanları üçün Sığınacağ”a gedib. Səfər, Koalisiyanın müraciəti əsasında həyata keçirilib.
Səfərdə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları – polis polkovniki Samir Qarayev və polis polkovniki İbrahim Əhmədov, həmçinin Koalisiyanın üzv təşkilatlarının nümayəndələri iştirak edib.
İştirakçılar əvvəlcə sığınacağın rəhbəri Gülayə Səfərovanın müşayiəti ilə müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlara sığınacaqda insan alveri qurbanları üçün yaradılmış sosial, psixoloji və peşə reabilitasiya imkanları barədə geniş məlumat verilib. Daha sonra sığınacaq sakinlərinin hazırladıqları müxtəlif əl işlərinə baxış keçirilib və onların məşğul olduğu digər fəaliyyətlərlə tanışlıq olub.
Tədbirdə çıxış edən Koalisiyanın sədri Mehriban Zeynalova qeyd edib ki, insan alveri ilə mübarizə hər kəsin üzərinə ciddi məsuliyyət qoyan mühüm bir sahədir: "Bu sahədə dövlət qurumları, ictimai təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti qurbanların müdafiəsi və reabilitasiyası baxımından xüsusi əhəmiyyət daşıyır."
Daha sonra İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovniki Samir Qarayev çıxış edərək bildirib ki, insan alveri ilə mübarizənin effektiv aparılması yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır: "Bu istiqamətdə bütün qurumların, qeyri-hökumət təşkilatlarının və cəmiyyətin birgə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir."
Səfərin sonunda iştirakçılar insan alveri qurbanlarının sosial reinteqrasiyasının gücləndirilməsi, onların hüquqlarının müdafiəsi və gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.
Zülfiyyə Mustafayeva
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi