Kəmaləddin Heydərov Şirvana gedir

img

26-08-2014 [12:17]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 28-də Şirvan şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qəbulda Şirvan, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.


Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.


Qəbula gələn vətəndaşların qeydiyyatı Bəhruz Aslanov adına 16 nömrəli tam orta məktəbin binasında (ünvan: Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 15) avqustun 27-sı saat 09:00-dan başlayacaqdır.


Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. Qəbul saat 11:00-dan başlayacaq.

- See more at: http://axar.az/news/27697#sthash.terI4Etn.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA