Pakistan mətbuatı Mehriban Əliyevadan yazdı

img

25-08-2014 [16:26]


Pakistanın nüfuzlu "Pakistan Observer” qəzeti, "DNA News” informasiya agentliyi və "Centreline” jurnalı tanınmış jurnalist Həmid Şahinin "Mehriban Əliyeva: Kədəri sevincə çevirən insan” adlı məqaləsini yayıb. MIA AzerTac-a istinadən xəbər verir ki, müəllif oxucuları Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti haqqında məlumatlandırır.


Yazıda Meriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu vasitəsilə başladığı qeyd edilir. Bildirilir ki, birinci xanım 2004-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun prezidenti vəzifəsinə təyin olunduqdan sonra bu fəaliyyətini daha da genişləndirib.

"Eurovision-2012” nin Bakıda keçirildiyi xatırlanan məqalədə Azərbaycana gəlmiş çoxsaylı insanların xalqın qonaqpərvərliyindən, bu mötəbər müsabiqənin yüksək səviyyədə təşkil olunmasından çox razı qaldıqları, Bakının gözəlliyindən heyran olduqları bildirilir. Jurnalist "Eurovision-2012”nin keçirilməsi ilə bağlı Təşkilat Komitəsinə Mehriban Əliyevanın rəhbərlik etdiyini xatırladır.

H.Şahin, həmçinin məqalədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil və humanitar sahələrdə həyata keçirilən layihələrdən ətraflı bəhs edir. O vurğulayır ki, bütün bu işlər dost və qardaş ölkələr olan Azərbaycan ilə Pakistan arasında münasibətlərin daha da güclənməsinə xidmət edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA