Leyla Əliyeva: “Cəzamı mən verəcəm... “

img

25-08-2014 [13:42]



MİA.AZ bildirir ki, yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib.

(Я накажу себя за то)

Özümü tənbeh edib,
Cəzamı mən verəcəm.
Bilirsiz nəyə görə?
Pis apardım özümü
Ötən günkü məclisdə.
İncitdim insanları
Qəlb sındıran sözlərlə. 
Süzüldü al şərablar,
Cingildədi badələr...
İstəyirdim vicdan da,
Sərxoş olub tezcənə, 
Çabalasın qədəhdə.

Cəzamı mən verəcəm,
O şaqraq, qəhqəhəli
Gülüşlərimə görə...
Həqiqət belə olsa,
yersiz sözlərə görə...
Bir də, bunlardan başqa, 
Dünyalara səs salan, 
Gözəlliyimə görə...

Hərdən hey istəyirəm,
görünüm özüm kimi,
Əslindəsə necəyəm? –
Bunu bilmirəm düzü...
İblis başımın üstə,
Ruhuma diqtə edir.
Mələklərin səpdiyi,
Xeyirxahlıq... bezdirir.

Ətrafımda kədərli, 
yazıq üzlər nə qədər
Məni  ac baxışlarla,
diri-diri yeyirlər...
Mənimsə bir dostum var,
O da elə özüməm...
Pis  gündə, yaxşı gündə,
Özüm öz həmdəmiməm...

O ağrılar ki, mənə,
Qaranlıqda, zülmətdə
Mənəvi əzab verir – 
Yolunu dəyişəcəm;
Cismimi məhv edəcək,
Ağrıya döndərəcəm.
...Günəşin arzusu nə? –
Buz dağını əritmək..!
Olmayan heç nəyini 
İtirmək istəməmək..!

Qoy lap ağlasın hamı,
Qəmə, qüssəyə batsın,
Mənsə ağlamayacam.
Gözüm quru qalacaq... –
Soğulmuş bulaq kimi...
Ürəyimi partladan
Dəhşətli ağrıları
Gülüşüm gizlədəcək.
Ruhum qumlu səhranın
Sükutuna enəcək...

Özümə divan tutub,
Hökm oxuyacağam.
Qara sevda əlindən 
...cuşa gəlib, coşacam...
deyəcəm son sözümü:
"Söz verirəm, bir də mən,
İztirab çəkməyəcəm,
Özgə dərd-ağrıları,
Duyub, əlac olmağı
Bəxtiyarlıq sanacam”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA