25-08-2014 [12:41]
Hazırda ermənilər tərəfindən işğal olunan hər bir rayonun sakinləri qəlbən narahat ömür yaşayırlar. Onlar öz ata-baba yurdlarına, şəhidlərin narahat ruhları dolaşan o müqəddəs yerlərə qayıdacaqları günün həsrətindədirlər.Hər rayonun işğal günü qeyd edildikcə, bu acı onları daha da ağrıdır. Çox təəssüf ki, 2014-cü ilin də 23- avqustunda Cəbrayıl və Füzuli sakinləri 21-ci dəfə bu ağrını yaşamaq məcburiyyətində qaldılar… El-obanın daha çox dərdini çəkən, tarixini yaşadan qələm adamlardır. Onların qələmindən süzülənlər tarixin yaddaşına hoparaq nəsillərdən nəsillərə ötürülür. Elə ona görə də Cəbrayılın ağır gününü bu torpağın böyütdüyü həmkarlarımızın dili ilə yad edirik.
"Övladlarımı Cəbrayıla apara bilmədiyimə görə əzab çəkirəm”
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəriSeymur Verdizadəbizimlə söhbətində dedi ki, övladlarına Cəbrayılı ancaq xəritədə və internetdə göstərə bilir: "Mən də istərdim ki, yay tətilini övladlarımla öz yurdum Cəbrayılda keçirim. Övladlarımı Cəbrayıla apara bilmədiyimə görə əzab çəkirəm”.
JAM sədri həyatının ən gözəl, qayğısız çağlarının Cəbrayılla bağlı olduğunu qeyd etdi. O bildirdi ki, hər dəfə Qarabağın işğalından söhbət düşəndə övladları ona "Kəndimiz niyə işğal olundu?” sualnı verirlər: "Avqustun 23-ü Füzuli və Cəbrayıl rayonlarının işğalının 21–ci ildönümüdür. Artıq bir neçə gündür ki, bizim evdə bu istiqamətdə müzakirələr gedir. Mən də ruslardan, ermənilərdən danışıb, övladlarıma nəsə izah etməyə çalışıram. Amma hər dəfə də görürəm ki, mənim cavabım onları qane etmir”.
S.Verdizadə deyir ki, Cəbrayılın, eləcə də digər işğal olunmuş rayonların gələcək sakinlərinin, doğma ellərindən kənarda dünyaya gəlmələri onu narahat edir.
Onun fikrincə, analar öz övladlarını əlləri ilə cəbhəyə yola salıb, arxanca su atdığı gün torpaqlarımız işğaldan azad olunacaq.
"Ermənilərin Xocalıda törətdiyi vəhşilikdən sonra insanlarda bir qəzəb əmələ gəlmişdir”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibiOrxan ƏliCəbrayıl rayonu işğal olunan zaman 1-ci sinfi təzəcə bitiribmiş. Deyir ki, kənddə həmin zaman uşaqlar öz aralarında adlandırdıqları "dava-dava” oynayırmışlar: "Çünki zaman bunu tələb edirdi. Müharibənin getdiyi bir vaxtda başqa nə oynaya bilərdik?! Bir halda ki, oyuncaqlarımız barıt, güllə idi”.
O, 1993-cü ilin isti avqustunu belə xatırlayır: "Yay tətilinin dadını çıxara bilmirdim. Hər gün eşitdiyim güllə səsi, ya da ki ağı idi. Demək olar ki, kəndimizə gündə bir şəhid gəlirdi. Uşaqlarla bərabər hərbi maşın görəndə öz-özümüzə "görəsən kimə gəlib?” deyə sual verərdik. Üstündən 5 dəqiqə keçməmiş hansısa həyətdə nalə səsləri ucalırdı. Hər gün eşitdiyimiz ağı və fəryadlara o qədər vərdiş etmişdik ki, bir gün eşitməyəndə sanki nəyisə gözləyirdik”.
Onun sözlərinə görə, ermənilərin Xocalıda törətdiyi vəhşilikdən sonra insanlarda qorxu hissi ilə yanaşı, bir qəzəb də əmələ gəlmişdir: "İllərlə erməni ilə qonşu olan, bir süfrə başında çörək yeyənlər belə, nə qədər qəddar bir düşmənlə dost olduqlarını dərk edəndə dəhşətə gəlirdilər”, deyə o əlavə etdi.
Həmkarımız bildirdi ki, öz doğma evlərindən qaçqın düşən günü böyükləri sanki əzizini itirmiş insanlara bənzəyirmişlər: "1993-cü il avqust ayının 23-də Cəbrayıl da işğal olundu. Artıq biz də qaçqın düşdük. Həmişə qaçqının necə olduğunu fikirləşsək də, özümüzü qaçqın kimi təsəvvür etməsək də, taleyin oyununa tuş gəlmişdik. Yadıma gəlir, bizim evdən ən son atam çıxdı. Girən olmasın deyə evin qapılarını mismarladı. Birdəfəlik getmədiyimizi, azğın erməniləri yerlərinə oturdandan sonra qayıdacağımızı dedi. İndi həmin vaxtdan 21 il keçib. Amma o vaxt çıxandan sonra bir daha geriyə qayıtmamışıq”.
"21 ildir ki, məğlub, köçkün, yurdsuz damğasını alnımızda daşıyırıq”
Müstəqil İnformasiya Agentliyinin redaktoruZaur ƏhmədCəbrayılın Hacılı kəndindəndir. Z.Əhməd "KarabakhİNFO.com” beynəlxalq e-jurnalına bildirdi ki, ata yurdu Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması alnımızdakı 21 illik damğadır: "Qəribədir, 21 ildir, elimizə, obamıza gedə bilmir, yeddi-arxa dönənimizin qəbrini ziyarət edə bilmirik, amma bircə cümlə ilə yurdumuzu itirməyimizin 21 illiyini anırıq. O da bir neçə sadə cümlə ilə…”
O bildirdi ki, sonuncu dəfə on yaşı olanda kəndlərində olub: "Ağlım kəsəndən bəri hər yay tətilində kəndə, baba-nənəmin yanına gedərdim. Hələ uşaq vaxtından hər şeylə maraqlanan, sorğu-sualı sevən birisi olduğum üçün camaatın baş-beynini aparardım. Bura haradır, kimin evidir, o ağacı kim əkib, bu bu-laqdan necə su çıxır və s. kimi suallarla kənddəki qohum-əqrabamı bezdirirdim. Nə yaxşı ki, soruşmuşam, nə yaxşı, onlar da ərinməyib cavab veriblər… Hər kəsə öz vətəni, öz el-obası əzizdir”.
Z.Əhməd hər il yay fəslində dost-tanışının kəndə gedəndə içindəki sızıltının onu incitdiyini vurğuladı: "Deyirəm ki, camaatın kəndi, yurdu-yuvası, el-obası var, amma mənimkini ancaq xəritədə görmək olur. Bəziləri "torpaqlarınızı qoruya bilmədiniz”,- deyib adamı dəli olmaq həddinə çatdırırlar. Bilənlər bilir, bilməyənlər üçün deyim: "Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər cəbrayıllı həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını də-yişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın şəxs Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Bu qədər qəhrəmanı olan bir rayonun döyüşsüz düşmənə təhvil verildiyini demək Allahsızlıqdır. Bəli, fakt odur ki, 21 ildir, Cəbrayılsızıq. 21 ildir doğma yurdumuza gedə bilmirik. Və ən nəhayət, 21 ildir ki, məğlub, köçkün, yurdsuz damğasını alnımızda daşıyırıq. Alnımızdan bu damğanı özümüz silməliyik”.
Fuad Hüseynzadə
"KarabakhİNFO.com”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi