25-08-2014 [12:25]
Sumqayıtın ünlü oliqarxlarından biri, «Karvan İstehsalat Kommersiya Şirkəti» Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Ağamirzə Əhədovla əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov arasında baş tutmuş sövdələşmənin detalları ilə başlı şok informasiyalar əldə etmişik.
Etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, Səlim Müslümov nazir təyin olunana qədər Ağamirzə Əhədovun Sumqayıt Əmək Müfəttişliyi ilə çox ciddi problemləri olub.
Belə ki, sabiq nazir Füzuli Ələkbərovun zamanında 7 saylı Sumqayıt-Xızı regionu üzrə Dövlət Əmək Müfəttişliyinin sədri olan Şəfa müəllim Ağamirzə Əhədovun obyekti olan "Karvan” Ticarət Mərkəzində ciddi qanun pozuntuları aşkarlayıb. Yoxlamalar zamanı işçilərlə əmək müqaviləsinin bağlanmaması, həmçinin sosial sığortanın yoxluğu aşkarlanıb.
Ağamirzə Əhədovun bütün cəhdlərinə baxmayaraq, o, Şəfa müəllimlə heç cür dil tapa bilməyib. Amma elə bu ərəfədə Füzuli Ələkbərovun vəzifədən çıxarılması, yerinə isə Səlim Müslümovun təyin olunması Ağamirzə Əhədov qarşısında yeni perspektivlər açıb.

Ağamirzə ƏHƏDOV
Nazirlikdəki etibarlı mənbədən SAVASH.ORG-a sızan məlumata görə, Səlim Müslümovun nazir təyin olunmasından bir qədər sonra Ağamirzə Əhədov onu təbrik etmək üçün yanına gedib. Nazirlə görüşə əlində iri bir qara çanta ilə gedən Ağamirzə Əhədov məhz bu görüşdən sonra illərdir ki, onu narahat edən problemin həllinə də nail olur. Belə ki, "Karvan” Ticarət Mərkəzində qanunsuzluqlar aşkarlamış və heç cür ipə-sapa yatmayan Şəfa müəllim vəzifəsindən uzaqlaşdırılır. Əvəzində isə həmin posta sumqayıtlı oliqarx Ağamirzə Əhədovun nəvəsi Əhədov Aqşin Kamil oğlu təyinat alır.
Nəvəsini 7 saylı region üzrə DƏM-ə sədr təyin etdirməyi bacaran Ağamirzə Əhədov isə indi "Karvan”ı istədiyi kimi idarə edir. Hazırda burada heç kimlə əmək müqaviləsi bağlanmır və Ağamirzə Əhədov sahibkar kimi öhdəsinə düşən öhdəliklərin yerinə yetirilməsindən imtina edir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi