Yezidə rəhmət oxutduran, yaxud... - Bakı su deyib imdad diləyir
24-07-2025 [17:19]
Bakı kəndlərinin camaatnın əksəriyyəti dindardır. Kərbəla müsibəti də onlar üçün müstəsna əhəmiyyətli hadisədir. Hər il bu vaxtlarda imamlara yas saxlayar, ehsan verər, Yezidə lənət oxuyarlar. Qəddarlığı ilə ad qazanmış Yezid Kərbəla çölündə 72 nəfərin qətlə yetirilməsinə fərmandan öncə onların susuz qoyulması, bir damcının da verilməməsi haqqında əmr vermişdi.
İmamların sayğı ilə anıldığı, Yezidə lənət oxunduğu bu günlərdə Bakının bir çox ərazilərində su kəsildiyinə görə camaat Yezidlə yanaşı “Azərsu”yu hörmətsiz şəkildə yada salır. Amma belə baxanda Yezidi “Azərsu” əməkdaşlarından daha insaflı hesab etmək mümkündür. Məsələ ondadır ki, Yezid düşmən saydıqlarına su verməmişdi. “Azərsu” isə dövlət qurumu olduğuna görə, vətəndaşı özünə dost saymalı, onun məşəqqət çəkməməsi üçün özünü oda-közə vurmalıdır. Amma “Azərsu” dostuna düşmən kimi davranır, insanlara Yezid münasibəti göstərir. Məhz buna görə də, bəlkə nə vaxtsa Yezidə də rəhmət oxuyan olacaq, ancaq “bunlar Yeziddən betərdir” deyən camaat çətin ki “Azərsu” əməkdaşlarını nə vatxsa rəhmətlə ansınlar. Hüseyn ona görə üsyana qalxmışdı ki, yezidlər bir də heç vaxt hökmranlıq, hökmdarlıq etməsin, başçılar insanların qeydinə qalsın, onları su ilə imtahana çəkməsinlər. Səd-əfsus ki, Yezidin nəticələri hətta Azərbaycana da gəlib çıxıblar.
Hə, onu da qeyd edək ki, xalqın qeydinə qalmalı olan bu qurum artıq neçənci dəfədir günahı camaat yükləmək üçün müstəsna həyasızlıqla böyük cəhdlər göstərir. Keçən dəfəki açıqlama yəqin ki yadınızdadır, dedilər, hamı su kranını birdən açır, buna görə də problem yaranır. Sosial şəbəkələrdə məsxərə obyektinə çevrilən bu açıqlamadan sonra, yəni bu günlərdə açıqlama verdilər ki, suyu qənaətlə işlətmək lazım idi. Qənaət nəyə deyirsən, a bala? Evə gedirəm, görürəm su yoxdur, qənaət etməyə də yoxdur, qənaət nəyə deyirsən? Camaat dəlidir, cinlidir ki, boş-boşuna suyu açıq qoysun, özü də getsin mikrorayon tikməyə. Sudur da, açdıq yuyunduq, kranı bağladıq, bitdi. Onsuz da camaat içməli suyu su şirkətlərindən alır. Sizin lax yumurta iyi verən suyunuzu içə bilmir, heç olmasa su məsələsində canına daha çox qəsd eləmək istəmir. Bundan gözəl qənaət? Daha nə istəyirsiniz? Amma yox, sizin potensialınızı bilirəm, dabbaqda gönünüzə bələdəm, ona görə də gələcəkdə sizdən “yaxalandınız bəsdir, hamamda çox ləngiməyin” açıqlamasını səbirsizıiklə gözləyirəm.
Birini də deyim. Demək, tanınmış memar Elçin Əliyev status yazmış, “Azərsu” işçilərini “donuz” adlandırmışdı. Biz müəllimin statusunu xəbərə çevirəndə “donuz” sözünü çıxartdıq ki, yaxşı deyil, hörmətsizlik olmasın. Amma susuz qaldığımız bu günlərdə belə başa düşdüm ki, “Azərsu” bizim donuz kimi natəmiz yaşamağımızın alovlu tərəfdarıdır. Bizi donuz yerinə qoymaq istəyənlərin haqqında işlənmiş “donuz” sözünü senzuraya məruz qoymağımız belə baxıram ki, doğru hərəkət olmayıb. Hamını gərək öz adı ilə çağırasan.
Ağa Cəfərli
P.S.Yazı müəllifin Feysbuk hesabından götürülüb.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi