Bakının mərkəzi sabah susuz qalacaq

img

22-08-2014 [18:15]


Sabah Bakının iki rayonu susuz qalacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar 23 avqust, 2014-cü il tarixdə saat 09:00-dan etibarən Nəsimi və Səbayel rayonlarının bir hissəsinə (Bülbül və Azadlıq prospektləri) içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.

"Azərsu" ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA