Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də - FOTOLAR
16-07-2025 [20:09]
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da “Sea Breeze” istirahət mərkəzində olublar.
Mia.az xəbər verir ki, “Sea Breeze”in təsisçisi Emin Ağalarov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə Xəzər dənizinin sahilində yerləşən kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr barədə məlumat verib.
Qeyd olunub ki, bu istirahət mərkəzini paytaxtdan cəmi 30 dəqiqəlik məsafə ayırır. Müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən “Sea Breeze” dünyada nadir layihə hesab olunur. Burada indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilərək istifadəyə verilib, 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Bundan başqa, ərazidə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımada da yaradılacaq.
“Sea Breeze”də artıq 20 min sakin yaşayır. 2028-ci ilə qədər isə onların sayı 50 mindən çox olacaq. Layihə tam yekunlaşdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq.
“Sea Breeze”də sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub. Belə ki, burada istirahət zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb, məktəb, uşaq bağçası, xəstəxana tikilib, təxminən 10 milyon bitki və ağac əkilərək, yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatdırılıb. Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”in əsas layihələri sahilboyu yerləşir.
“Sea Breeze”in ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin xeyli artırılması planlaşdırılır. Layihəyə yatırılan ümumi investisiyanın məbləği 3 milyard ABŞ dollarına çatıb. Növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayənin cəlb olunması planlaşdırılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi