TRT-nin YANLIŞ, YOXSA MƏQSƏDLİ SÜJETİ: altında nə gizlənib? - TƏHLİL
14-07-2025 [15:07]
Türkiyənin rəsmi dövlət kanalı “TRT”nin kürd dilində yayım bölməsi, Güney Azərbaycanın qədim və böyük şəhərlərindən olan Urmiyanı “kürd şəhəri” kimi təqdim edib.
Kanal bu şəhərdən hazırladığı reportajda kürd dilində və kürd musiqiləri ilə bir saatlıq süjet yayımlayıb. İlk baxışdan jurnalistik mövzu seçimi kimi görünən bu süjet, təəssüf ki, pərdəarxasında ciddi risk faktorlarını özündə ehtiva edir.
Məsələ ondadır ki, “TRT Kurdi”nin süjetində Urmiya şəhərinin yalnız kürd mədəniyyəti təqdim olunur, bu da bölgədə heç vaxt türklərin məskunlaşmadığı və ya artıq “keçmişdə qalmış” bir qrup olduğu təəssüratını formalaşdırır. Halbuki Urmiya sadəcə coğrafi ərazi deyil, Azərbaycan türklərinin mədəni və siyasi yaddaşında xüsusi yeri olan bir şəhərdir. Qədimdən bu bölgə Oğuz–Türk tayfalarının məskəni olub. Urmiyanın Qacar sülaləsinin yüksəlişində oynadığı rol, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin hərəkatları zamanı bu şəhərin siyasi mərkəz kimi çıxış etməsi onun türklüyünü təkcə etnik deyil, həm də tarixi fakt kimi təsdiqləyir.
“TRT Kurdi”nin süjetindən fərqli olaraq deyə bilərəm ki, bəli, tarix boyu Urmiyada kürdlər də yaşayıb, ərazidə onların da mədəniyyəti var və bu, danılmazdır. Amma Azərbaycan türkləri bölgənin dominant, köklü və əsas etnosudur. Bunu nəzərə almamaq və ya təhrif etmək açıq qərəzdir.
Əslində bu hadisə son zamanlar mənim israrla müdafiə və açıq şəkildə xəbərdarlıq etdiyim bir məsələnin nə qədər doğru və gələcək perspektivdə region üçün riskli olduğunu sübut edir. Söhbət son zamanlar təslim olduğu, silahı yerə qoyduğu deyilən, Türkiyənin 41 ildir mübarizə apardığı PKK terror təşkilatının əslində transformasiyaya məruz qalmasından gedir. Bir daha qeyd edirəm ki, PKK-nın mübarizəsi yeni mərhələyə keçib.
Türkiyə PKK-ya hərbi baxımdan ciddi zərbələr vursa da, təşkilatın mədəni, sosial və xüsusilə də informasiya strategiyası hələ də aktivdir. “TRT Kurdi”nin bu reportajı həmin sızmanın real nəticəsidir. Əgər bir zamanlar “TRT” yayım şirkətinin kanallarında Güney Azərbaycana dair proqramlarda “Azərbaycan türkləri”, “türk şəhəri”, “ortaq kimlik” kimi ifadələrə yer verilirdisə, hazırda bu terminlərin yerini “kürd şəhəri” anlayışının alması təsadüfi deyil. Bu, həm dövlət siyasətində, həm də redaksiya strategiyalarında yön dəyişikliyinin xəbərçisidir.
Mediyanın dili simvolikdir və hər simvol müəyyən mərkəzdən gələn mesajı daşıyır. “TRT” kimi dövlət kanallarında yayımlanan süjetlər, təkcə məlumat vermək deyil, ictimai fikri formalaşdırmaq və siyasi konturları cızmaq funksiyasını daşıyır. Bu baxımdan Urmiyanın “kürd şəhəri” kimi təqdim olunması yalnız bir reportaj deyil, eyni zamanda mövqe bəyanatıdır. Bu mesaj həm İrana, həm də bölgədəki digər türk icmalarına yönəlib: “Artıq Urmiya türk yox, kürd şəhəridir”.
Təəssüf ki, bu gün həm Türkiyədə, həm də Azərbaycanda çoxları bir qrup PKK üzvünün silahı yerə qoymasını “terrorsuz Türkiyə” arzularının reallaşması kimi başa düşür. “TRT Kurdi”nin bu reportajı isə açıq şəkildə bu eyforiyaya qapılmağın real fəsadıdır.
Məsələnin bir də, təbii ki, Türkiyə–Azərbaycan münasibətləri konteksti var. Bu və bu kimi materiallar Azərbaycanda böyük narazılıqla qarşılanır. Ümumiyyətlə, son illərdə Türkiyə mediasının ardıcıl və qərəzli, fərqli motivli dezinformasiyalar yayması tez-tez müşahidə olunur. Bütün bunlar bir daha Türkiyə mediasında PKK təsirinin nə qədər real təhdid halını aldığını göstərir.
Ən təhlükəlisi isə odur ki, bu süjetə qarşı nə siyasi dairələrdən, nə də TRT rəhbərliyindən hər hansı izahat və ya təkzib verilməyib. Bu susqunluq ya səmərəsiz nəzarətin, ya da şüurlu şəkildə yönləndirilmiş bir siyasətin göstəricisidir. Əgər bu, redaksiya səhvidirsə, dərhal rəsmi açıqlama və düzəliş olmalı idi. Yox əgər yeni redaksiya xəttidirsə, o zaman Türkiyə içində milli mətbuatın kim tərəfindən və nə məqsədlə yönləndirildiyi ciddi şəkildə sorğulanmalıdır. Əks təqdirdə, bu kimi materiallar, qərəzli yazılar və süjetlər “iki dövlət, bir millət” konsepsiyasının içini “boşalda” bilər.
Turan Rzayev,
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi