Vəhdət Partiyasında iclas: yeni media orqanı yaradılacaq və... - Daha nələr müzakirə olunub? - FOTO
14-07-2025 [13:47]
Vəhdət Partiyasında geniş formatlı toplantı keçirilib.
Bu barədə partiyadan Mia.az-a bildirilib ki, toplantıda 60-a yaxın partiya funksioneri - rayon təşkilatları sədrləri, Təşkilat Komitəsinin üzvləri, aparat rəhbərləri və partiyanın digər rəhbər nümayəndələri iştirak ediblər.
Toplantını giriş sözü ilə aşan Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişinin 56-cı ildönümündən, mərhum prezidentin keçdiyi şərəfli həyat yolu və Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişindəki müstəsna rolundangeniş söz açıb. Qeyd olunub ki, Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Vəhdət Partiyası bu strateji xəttin sadiq tərəfdarıdır.
Tədbir iştirakçıları, həmçinin, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş vermiş döyüşlər zamanı şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman hərbi qulluqçularını – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhidlərimizi – bir dəqiqəlik sükutla yad ediblər: "Vəhdət Partiyası şəhidliyi Azərbaycan xalqının müqəddəs zirvəsi olaraq qiymətləndirir və onların əziz xatirəsini daim uca tutur".
Toplantı Vəhdət Partiyasının fəaliyyət istiqamətlərinin və strateji xəttinin yenidən nəzərdən keçirilməsi müzakirəyə çıxarılıb.
Partiyanın sədri Adəm İsmayıl Bakuvi çıxışında Azərbaycan Respublikasının Prezidentinin apardığı strateji xəttin Vəhdət Partiyası tərəfindən birmənalı şəkildə dəstəkləndiyini vurğulamış, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və regional liderliyinin güclənməsi kontekstində partiyanın yerli və qlobal missiyasını geniş şəkildə izah etmişdir.
Toplantıda aşağıdakı əsas mövzular müzakirə olunub:
- Vəhdət Partiyasının təşkilati strukturu və yeni təşkilatlanma modeli;
- Azərbaycanın son bir ayda yaşadığı siyasi hadisələrə partiyanın rəsmi münasibəti;
- Rayon təşkilatlarının fəaliyyəti və yeni mərhələdə gücləndirilməsi;
- Partiyanın daxili strukturundakı mövcud nöqsanlar və islahat tövsiyələri;
- Media resurslarının formalaşdırılması və ictimaiyyətlə kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi;
- Vəhdət Partiyasının beynəlxalq münasibətlər sahəsində fəaliyyət planı;
- İnkişaf strategiyasının yenidən işlənilməsi və təsdiqi.
Toplantı zamanı partiyanın digər rəhbər şəxsləri – o cümlədən Təşkilat Komitəsinin üzvləri, rayon strukturlarının rəhbərləri, həmçinin partiyaya dəvət olunmuş tanınmış ictimai-siyasi simalar çıxış edirib, təklif və iradlarını açıqlayıblar.
Sonda yekdilliklə qərara alınıb ki:
- Hər həftə bir dəfə rayon təşkilat rəhbərlərinin iştirakı ilə koordinasiya iclasları keçirilsin;
-Partiyanın inkişaf konsepsiyası yenidən işlənərək geniş ictimaiyyətə təqdim edilsin;
- Yeni media platformalarının qurulması və rəqəmsal strategiyanın hazırlanması istiqamətində dərhal fəaliyyətə başlanılsın.
Vəhdət Partiyası bu cür görüşlərlə həm təşkilati, həm də ideoloji baxımdan özünün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, milli birlik və dövlətçilik prinsiplərinə əsaslanan fəaliyyət xəttini davam etdirdiyini bir daha bəyan edir.
Sonda yekun çıxış edən Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi, toplantıda qəbul olunan qərarları ümumiləşdirərək, partiyanın yaxın və uzunmüddətli fəaliyyət xəttini izah etmiş, rayon təşkilatlarına və Təşkilat Komitəsinə dəqiq tapşırıqlar vermişdir. Qərara alınmışdır ki, hər həftə bir dəfə rayon təşkilat rəhbərləri ilə koordinator görüşləri keçirilsin, partiya daxilində qarşılıqlı əlaqə və dinamizm gücləndirilsin.
Toplantı, həm təşkilati baxımdan, həm də ideoloji və strateji cəhətdən Vəhdət Partiyasının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Dövlətə və Prezidentə bağlılıq, milli birliyə çağırış və demokratik dəyərlərə sadiqlik partiyanın əsas sütunları kimi bir daha təsdiq edildi.
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi