Suriya prezidentinin Bakı səfəri: görünən və görünməyən nələr var? - TƏHLİL
14-07-2025 [12:58]
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaranın Azərbaycan Respublikasına işgüzar səfəri baş tutdu. Səfər bir çox baxımdan diqqət çəkdi.
İlk öncə onu qeyd edim ki, səfər çərçivəsində Prezidenti Əhməd əş-Şara Azərbaycan Prezidenti İlham Əliyevlə öncə geniş tərkibdə, daha sonra isə ikili görüş keçirib. Görüşlər zamanı bir çox məsəllər ətrafında geniş müzakirələr aparılıb.
Əslində Əhməd əş-Şaranın Azərbaycana səfəri gözlənilən idi. Belə ki, sonuncu dəfə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak edərkən Prezident Əhməd əş-Şara ilə görüşmüş, iki lider bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmışdı. Məhz həmin görüş zamanı ölkə başçısı suriyalı həmkarını Azərbaycana səfərə dəvət etmişdi.
Əhməd əş-Şaranın Bakıya səfəri, onun keçid dövründə rəhbərlik etdiyi Suriya üçün həm siyasi, həm də iqtisadi cəhətdən ciddi nəticələr doğura bilər. Suriyanın yenidən inteqrasiya edilməsi baxımından bu səfər çox mühüm idi. Bu prosesin lokomotivinin məhz Azərbaycan olması artıq sirr deyil.
Xüsusi ilə enerji bazarında strateji oyunçuya çevrilmiş bir dövlət olaraq Bakı, Suriyanın enerji sektorunun bərpasında real və effektiv iştirakçı kimi çıxış edə bilər. Maraqlıdır ki, Azərbaycan Prezidenti ilə Əhməd əş-Şaranın Antalyadakı görüşü zamanı səsləndirilmiş bəzi fikirlər artıq konkret diplomatik addımlara çevrilir. Misal üçün ölkə başçısı demişdi ki, “Azərbaycan Suriyanın bərpasında iştirak etməyə hazırdır”. Bu gün biz bu istiqamtə də artıq praktik addımların atılmasın şahidi oluruq. Suriyanın təklif etdiyi əməkdaşlıq modeli isə, Azərbaycanın uzunmüddətli investisiya və strateji təsir dairəsini genişləndirməsi üçün əlverişli imkanlar vəd edir.
Azərbaycanın neft və qaz sektorunda qazandığı təcrübə, bu sahədəki yüksək texnoloji biliklər və SOCAR kimi beynəlxalq miqyasda tanınan şirkətlərin mövcudluğu Dəməşq üçün cəlbedici bir əməkdaşlıq modelidir. Bir müddət öncə SOCAR Türkiyənin rəhbərliyi səviyyəsində Suriyanın enerji sektoruna maraq açıq şəkildə ifadə olunmuşdu. İyulun 12-də isə Əhməd əş-Şaranın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalandı.
Bakı bu məsələyə yalnız iqtisadi baxımdan deyil, həm də strateji baxımdan yanaşır. Regionda sülh, sabitlik və iqtisadi inteqrasiya üçün Suriyanın enerji infrastrukturunun bərpası vacibdir və Azərbaycan bu prosesin aparıcı oyunçularından biri ola bilər.
Digər mühüm məqam, bu əməkdaşlığın Suriyanın uzun illər davam edən izoliyasiyasını qismən də olsa aradan qaldıra bilmə potensialıdır. Azərbaycanla əməkdaşlıq, Suriyanı Qərb təsirindən uzaq, lakin səmimi və qarşılıqlı faydaya əsaslanan bir müttəfiqlə əlaqələndirə bilər. Bu isə Dəməşqin həm iqtisadi cəhətdən, həm də diplomatik baxımdan nəfəs almasına imkan yarada bilər.
Eyni zamanda, bu səfərin yaratdığı ən mühüm simvolik mesajlardan biri də budur: Suriya artıq əvvəlki kimi riskli və xaotik bir məkan deyil. Əksinə, regionda ciddi oyunçular tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Əhməd əş-Şaranın bir müddət öncə Suriyada türkmən mənşəli II Korpus komandiri Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionlarının komandanı təyin etməsi, SOCAR-ın potensial fəaliyyəti üçün təhlükəsizlik zəmanətinin mövcud olduğunu göstərir. Bu qərar, həmçinin ölkə daxilində balansı qorumaq və azlıqlara mesaj vermək baxımından da əhəmiyyətlidir.
İsrail faktoru da nəzərdən qaçmamalıdır. İsrailin Azərbaycanla yaxın strateji münasibətləri, Bakının bölgədəki yeni enerji əlaqələrində Təl-Əvivlə mümkün koordinasiyasını da aktuallaşdıra bilər. Hətta gələcəkdə Suriya ərazisindən keçəcək enerji marşrutlarının İsrailə qədər uzanması ideyası real görünməyə başlayır.
Bakı xüsusi ilə Suriya–İsrail münasibətlərinin normallaşmasında vasitəçi rolunda çıxış edə bilər. İstisna deyil ki, liderlər Bakıda Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirməsini müzakirə edib. Yaxın müddətdə belə bir görüşün baş tutması mümkündür.
Bütün bu reallıqlar fonunda deyə bilərik ki, Əhməd əş-Şaranın Bakıya səfəri sadəcə bir diplomatik addım deyil. Bu səfər, Cənubi Qafqazla Şərqi Aralıq dənizi arasında körpü rolunu oynayacaq yeni bir əməkdaşlıq arxitekturasının ilk təməl daşlarından biridir. Qarşılıqlı hörmət və ehtiyac üzərində qurulan bu əlaqələr gələcəkdə regionda balansı və sabitliyi möhkəmləndirə biləcək mühüm bir nümunə ola bilər.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi