Dövlət Baxçalıdan PKK-nın silahlarını yandırmasına reaksiya: "Türkiyə terror bəlasından qurtulur"
11-07-2025 [14:15]
MHP sədri Dövlət Baxçalı separatçı terror təşkilatı PKK-nın təşkilati varlığını ləğv etməsindən sonra bu gün ilk dəfə silahlarını yerə qoymasına münasibət bildirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, artıq ölkənin yarım əsrə yaxın zorakılıq və vəhşiliklə tarixə çevrilmiş terror bəlasından qurtuluş ərəfəsində olduğunu dilə gətirib.
MHP sədri bildiriib ki, bugünki silahları yandırma aksiyası ilə Türkiyə və ətraf bölgələr yeni və ümidverici bir dövrə keçidə qədə qoyub: "PKK-nın qurucu rəhbərliyi lobal və regional təhlükələri vaxtında qabaqcadan görüb sözünün üstündə durdu...".
Açıqlamasında DEM Partiyasının mövqeyinə toxunan Baxçalı kürdlərin siyasi təşkilatını mövqeyinə görə alqışlayıb: "DEM Partiyası terrordan azad Türkiyə hədəfinə səmimiyyətlə bağlı olaraq ağıllı və məsuliyyətli siyasi xətti qoruyub, balanslı və dəqiq bəyanat və fəaliyyətlə min illik qardaşlığın tərəfində dayanıb".
Dövlət Baxçalı “Terrorsuz Türkiyə” hədəfinin dövlət siyasətinə çevrildiyini və bu qətiyyətin prezident Rəcəb Tayyib Ərdoğan və hökumət tərəfindən əvvəldən qəbul edildiyini də xatırladıb: "Milliyyətçi Hərəkat Partiyası olaraq biz və Cumhur İttifaqı heç bir təxribata, dağıdıcı təlqinlərə boyun əymədən mübarizədə öz siyasi fərasət və mətanətini dəyişməz olaraq qoruyub saxladıq. Bu gündən terror təşkilatı qruplar halında silahlarını təhvil verməyə başlayıb və bu, qaranlıq bir dövrün sona çatdığını göstərir...".
MHP lideri bəyanatını belə yekunlaşdırıb: "“Terrorsuz Türkiyə” yolunda müstəsna əməyi olan, dəstək verən hər kəsə, başda Prezidentimiz olmaqla, hər kəsə minnətdarlığımı bildirir və bu yeni dövrün soylu millətimiz üçün xeyirli olmasını Allahdan diləyirəm".
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi