“Montin”də dava- Yaralı var

img

21-08-2014 [19:39]


Nəriman Nərimanov metrostansiyasının yaxınlığında əlbəyaxa dava düşüb.


"Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının məlumatına görə, Ağa Neymətulla küçəsindəki insidentin səbəbi maşın sürücülərinin bir-birinə yol verməməsi olub. Belə ki, "Lexus” markalı maşın "Hundai”ın qarşısını kəsib və bu sürücünün narazılığı ilə nəticələnib.

Davada sürücülərdən birinin qaşı çapılıb və müxtəlif bədən xəsarətləri alıb. Amma tərəflər bununla da sakitləşməyərək, maşınlarına minərək "əlbəyaxa”nı davam etdirmək üçün ərazidən uzaqlaşıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA