DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
10-07-2025 [16:27]
Daxili İşlər Nazirliyində (DİN) car ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
Mia.az DİN-ə istinadla xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov cari ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nəticələrin əldə edildiyini, kütləvi tədbirlərdə asayişin və təhlükəsizliyin peşəkarlıqla təmin olunduğunu, eyni zamanda qarşıda mühüm vəzifələrin durduğunu və onların ətraflı müzakirəsinin, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb.
Qeyd olunub ki, ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 17049 cinayət qeydə alınıb, onların 94,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2024-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 18,9, odlu silahın tətbiqi ilə törədilənlər 2 dəfə, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 19,8, qrup halında baş verənlər 18,8, məişət zəminində törədilənlər 5,5, qəsdən adam öldümələr 39,1, mülkiyyət əleyhinə olanlar 4,2, o cümlədən oğurluqlar 6,2, dələduzluqlar 7,3 faiz azalıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 92,8 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 232, görülmüş operativ cavab tədbirləri ilə 2196 cinayət açılıb, 4344 hüquqazidd əməlin qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79,7 faizi tutulub, 3378 ədəd müxtəlif növ atıcı silah yığılıb və tapılıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması ilə bağlı yaradılmış birgə işçi qrupun istintaq və əməliyyat-axtarış tədbirlərinin müsbət nəticələr verdiyini vurğulayan nazir vətəndaşların qanuni mənafelərinin qorunmasına və qanunçuluğun möhkəmlənməsinə xidmət etdiyini, o cümlədən cinayətlərin, onların ağır və xüsusilə ağır növlərinin azaldığını, açılması və istintaqı sahəsində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb.
Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 305, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə çıxarılıb və 151 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin xüsusi nəzarətdə olduğu, bu baxımdan mediada qabaqcadan məlumat verilməklə 4032 şəxsin qəbul edildiyi və qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığı vurğulanıb.
Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsi üçün fəaliyyətin effektivliyinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Həmçinin vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu vurğulayaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi