20-08-2014 [23:11]
Səhiyyə naziri Oqtay Şirəliyev bir neçə gün əvvəl doğuşayardım xidmətinin vəziyyətinə dair keçirdiyi kollegiya iclasında doğum evlərindəki nöqsanlara toxunaraq baş həkimlərə bəzi problemləri tezliklə aradan qaldırmağı tapşırdı. Həmin iclasda qeyd olundu ki, 2012-ci ildə Azərbaycanda ümumilikdə 26 ana ölümü hadisəsi qeydə alınıb. Oqtay Şirəliyev bu sahədəki nöqsanlardan danışıb. Nazir bildirib ki, bəzən ağır vəziyyətdə olan hamilə qadınlar bir rayondan digərinə aparılır ki, bu da təhlükəli hallar doğurur.
Onun sözlərinə görə, ağır vəziyyətdə olan xəstəni bir rayondan o biri rayona və ya şəhərə aparmaq cinayətdir: "Belə məsuliyyətsiz davranışların nəticəsidir ki, ötən il səhiyyə ilə bağlı məsələlərə görə 235 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bu cinayət işlərinin 52-i məhz doğum evləri, qadın məsləhətxanaları ilə bağlıdır". Oqtay Şirəliyev doğum evlərinin baş həkimlərini işlərinə daha məsuliyyətli yanaşmağa dəvət etsə də, bəzi doğum evlərində "köhnə hamam, köhnə tas"dır. Vəziyyətin kritik həddə çatdığı səhiyyə ocaqlarından biri də paytaxtın Sabunçu rayonu ərazisində yerləşən 2 saylı doğum evidir. Burda baş verən özbaşınalıqlar və baş həkim Mehriban Abbasquliyevanın vəzifəsindən başqa məqsədləri üçün istifadə etməsi barədə ötən saylarımızda məlumat vermişdik. Dünən baş həkimin törətdiyi xoşagəlməz əməllərlə bağlı yeni məlumatlar əldə etdik. Mətləbə keçməmişdən öncə qeyd edək ki, Mehriban Abbasquliyeva həm də Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədridir. Baş həkimin qanuna sığmayan işlərindən söz açan mənbə bildirdi ki, Mehriban Abbasquliyevanın qılıncının arxası də kəsir, qabağı da: "Baş həkim YAP-ın Sabunçu rayon təşkilatının sədri olmasından necə lazımdırsa istifadə edir. Bu adamın arxasında kim dayanıb bilmirəm, amma özündən çox arxayındır. Sabunçu rayonunda əsas söz sahiblərindən biridir. 2 saylı doğum evi bərbad haldadır, işçilər baş həkimin fəaliyyətindən qətiyyən razı deyil. Xəstəxanaya əməlli-başlı su verilmir. Baş həkim hər ay işçilərdən su problemini aradan qaldırmaq üçün pul yığır. Lakin su gəlmir. Həmin pulların hara yoxa çıxdığını isə bilmirik. 2 saylı doğum evi müasir tələblərə cavab vermir. Belə ki, burdakı tibbi avadanlıqların yetərli hissəsi sıradan çıxıb və istifadəyə yararsız haldadır. Yayılan söz-söhbətlərə görə, Səhiyyə Nazirliyi doğum evini bağlamaq istəyir. Hələlik bununla bağlı konkret addımlar atılmır. Səhiyyə Nazirliyinin komissiyaları əvvəllər doğum evində mövcud olan nöqsanları görürdü. Son dövrlər doğum evinin fəaliyyətini yoxlamağa gələn nazirlik rəsmiləri baş həkimin otağında oturub müəyyən söhbətlər edəndən sonra çıxıb gedirlər. Mehriban Abbasquliyeva müxtəlif bəhanələr gətirərək işçilərdən pul yığır. Məsələn, o, səliqəli formada bir nəfəri xəstəxanaya gətirib onu Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edir. Və işçilərdən həmin şəxsi razı yola salmaqdan ötrü pul yığır. "İstoriya"lar cırılır. 2 saylı doğum evi dövlətin balansında olduğuna görə "istoriya"ları Səhiyyə Nazirliyi verməlidir. Doğum evinin rəhbəri isə guya "istoriya"ları çap etdirir. Səhiyyə müəssisəsinin özünün mətbəəsi var, "istoriyalar"ın çapı üçün hər ay bütün işçilərdən 18-20 manat arası pul yığılır. Səhiyyə Nazirliyi 2 saylı doğum evinə mütəmadi olaraq sabun, yuyucu toz, karandaş, pozan və digər dəvtərxana ləvazimatları göndərir. Ancaq bunların heç biri doğum evinin işləri üçün, yəni təyinatı üzrə istifadə olunmur. Həmin avadanlıqların hansı marketlərə getdiyi bilinmir. Bəzi firmalar baş həkimin "hörməti"ni edib doğum evinə "Nutrelak" uşaq yeməkləri verir. Mehriban Abbasquliyevanın tapşırığı ilə yenicə dünyaya gəlmiş uşaqların hamısına bu yeməkdən verilir. Təbii ki, bu, uşaqların səhhətinə ziyan göstərir. Doğum evinin rəhbəri uşaqların ana südü ilə qidalanmasına imkan vermir. çünki bu məsələdə onun bəzi maraqları var. "Nutrelak"ın hər qutusundan baş həkimə 10 manat xeyir qalır. Buna görə də uşaqların ana südü ilə bəslənməsinə şərait yaratmır". Mənbənin bildirdiyinə görə, müxtəlif neqativ işlərlə məşğul olan baş həkim əldə etdiyi gəlirlər hesabına özünə biznes qurub: "Onun Sabunçu rayonu ərazisində pərdə, uşaq geyimləri, ofis ləvazimatları və məişət əşyaları satılan dükanları var. Mehriban xanım Sabunçu rayonundan kənara çıxmır. YAP-ın rayon təşkilatının sədri olduğundan bütün biznes işlərini Sabunçu ərazisində qurub. Heç kim ona "gözün üstə qaşın var" deyə bilmir. Baş həkimin nəvəsi 2 saylı doğum evində dünyaya gəlib. Həmin vaxt doğum evinin 300 ədəd əsgisi istifadə olundu. Xəstəxanaya nazirlik tərəfindən göndərilən yastıq üzü, "prostin" və uşaq ədyallarının heç birindən istifadə olunmur. Baş həkim onların hamısını satır. Pul yığımları dəhşətli dərəcədədir. Artıq işçilər bezib. Mehriban xanımın nəysə umduğu işçilər məcburiyyət qarşısında xəstələrdən "şirinlik" alırlar. Doğum evinin şöbələrində ştatdan kənar və özəl təhsil müəssisələrini bitirmiş işçilər var. Məsələn, Xatirə adlı xanımı göstərə bilərəm. O, "Loğman"ı bitirib. Mehriban Abbasquliyeva belə bir adamı baş sanitar qoyub. Baş həkim işçilərə qarşı kobud münasibət göstərir. O bir dəfə Nənəqız adında işçini döymüşdü. Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət olunsa da, baş həkimin barəsində hüquqi səviyyədə ölçü götürülmədi". Qarşı tərəfin münasibətini öyrənmək məqsədilə 2 saylı doğum evinə zəng vurduq. Zəngimizə cavab verən xanım baş həkimin məzuniyyətdə olduğunu bildirdi. Daha sonra öyrəndik ki, Mehriban Abbasquliyeva xarici ölkələrdən birində istirahət edir və avqustun 25-də Azərbaycana qayıdacaq. Görəsən, aylıq maaşı 150 manatdan yuxarı olmayan baş həkim hansı pullarla xaricdə istirahət edir? Nazir Oqtay Şirəliyevdən xahiş edirik ki, acınacaqlı vəziyyətdə olan 2 saylı doğum evinin fəaliyyətini yoxlatdırıb baş həkimin barəsində lazımi tədbirlər görsün. Yoxsa bu gedişlə adıçəkilən səhiyyə ocağında daha böyük bəlalar üzə çıxacaq(gundlik-baku).
Qarşı tərəfi də dinləyə bilərik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi