“Bəylər Eyyubovu çoxdan tanıyıram, o..." - Sabiq nazir
02-07-2025 [11:52]
Son günlərdə ölkə gündəmində önəmli kadr dəyişiklikləri baş verib. İyunun 30-da Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi general–polkovnik Bəylər Eyyubovun vəzifəsindən azad edilərək, Prezident Katibliyinin rəisi təyin olunması geniş rezonans doğurub.
Mia.az-ın məlumatına əsasən, Globalinfo.az məsələ ilə bağlı B.Eyyubova yaxın olan sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxlayıb.
O, Bəylər Eyyubovun yeni vəzifəsinin öhdəsindən gələcəyinə şübhə etmədiyini qeyd edib.
Sabiq nazir Bəylər Eyyubovla yaxın olduğunu bildirib:
“Bəylər Eyyubovu çoxdan tanıyıram. Etiraf edim ki, tək özünü yox, qohumlarını, qardaşlarını, övladlarını da yaxından tanıyıram. Uzun illər Ulu öndər Heydər Əliyevə xidmət etmiş, ona və ailəsinə sadiq bir adamdır. Bəylər Eyyubov evini, ailəsini, hər kəsi bir yana qoyub, Ulu öndəri bir yana. Daima onu qoruyub, onu qoruyanlara rəhbərlik edib. Ölkə başçımız bütün bunları bilir. Qeyd edim ki, bu ailə – Heydər Əliyevin ailəsi çox qədirbilən ailədir. Kimsə bu ailə üçün hər hansı bir addım atıbsa, onun qədri həmişə bilinib və dəyərləndirilib”.
Misir Mərdanov Bəylər Eyyubova Prezident tərəfindən dəyər verildiyi üçün bu vəzifəyə təyin olunduğunu deyib:
“Heydər Əliyevdən sonra İlham Əliyev özü də 20 ildən çoxdur ki, Bəylər Eyyubovla bir yerdə işləyir. Hamı bilir ki, Prezidentin mühafizəsinin keşiyində duran şəxs Bəylər Eyyubov olub. Zamanı yetişəndə, hamı gördü və bildi ki, onu növbəti dəfə də layiqli vəzifəyə təyin etdi”.
Sabiq nazirin sözlərinə görə, bundan sonra da Bəylər Eyyubov ölkə başçısının yanında olacaq: “O, yenə də İlham Əliyevin ətrafında öz işini davam etdirəcək. Allah Bəylər Eyyubova uzun ömür versin. Onu təbrik edirəm, yeni işində uğurlar diləyirəm”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi