İRANLA İSRAİL ANLAŞDI: Tramp "Tanrı İsraili qorusun, Tanrı İranı qorusun..." dedi və... - Tehran və Tel-Əviv rəsmiləri isə sualdan yayınırlar
24-06-2025 [06:30]
12 gün bir-birlərini bombalayan İsraillə İran arasında müddətsiz atəşkəs razılaşması əldə olunub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ilk olaraq özünə məxsus olan "Truth Social" media hesabında açıqlama verib.
O, İran və İsrail arasında davam edən münaqişə ilə bağlı tam atəşkəs əldə edildiyini bildirib: "Bu nöqtədə savaş bitdi. Qarşı tərəflər atəşkəsə hörmətlə yanaşaacq. Hər şey lazım olduğu kimi getdiyini fərz etsək, hər iki ölkəni, İsraili və İranı “12 günlük müharibə” adlandırılmalı olan müharibəni sona çatdırmaq üçün dözüm, cəsarət və zəkaya sahib olduqları üçün təbrik etmək istəyirəm. Bu müharibə illərlə davam edə bilərdi və bütün Yaxın Şərqi məhv edəcəkdi. Amma olmadı və olmayacaq da! Tanrı İsraili qorusun, Tanrı İranı qorusun, Tanrı Yaxın Şərqi qorusun, Tanrı ABŞ-ı qorusun və Tanrı dünyanı qorusun!".
Tramp bu açıqlamadan sonra "NBC News"a telefonla müsahibəsində bir daha İsrail və İran arasında baş verən qarşıdurmanın bitdiyini deyib: "Çoxlu insan öldü. Vəziyyət daha da pisləşəcəkdi və bu da bütün Yaxın Şərqi məhv edəcəkdir. O səbəbdən iki ölkə arasında atəşkəs vacib idi və oldu. Amerika üçün əla bir gündür. Yaxın Şərq üçün əla bir gündür. İşi bitirə bildiyim üçün çox xoşbəxtəm. Sonsuzadək atəşkəs yarandı. İki ölkə arasında münaqişə tamamilə bitdi".
İran və İsrail rəsmiləri Trampın elan etdiyi atəşkəslə bağlı hələlik detallı rəsmi şərh verməkdən imtina ediblər
İsrail ordusunun sözçüsü atəşkəslə bağlı suallardan yayınıb.
İran Xarici İşlər Nazirliyinin rəsmiləri də atəşkəslə bağlı suala isə "Biz prosesi izləyirik. Nəticələri sonra açıqlayacağıq" deyə cavab veriblər.
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi