QUMAR OYUNLARINA İCAZƏ VERİLƏCƏK? - Deputat yeni qanun hazırlandığını deyir
18-06-2025 [10:26]
Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.
Mia.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
Millət vəkilinin sözlərinə görə, Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik layihəsinə əsasən, Azərbaycanda qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.
Həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə biləcək.
“Azərbaycanda kazino fəaliyyəti ölkə Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” Sərəncamı ilə 27 yanvar 1998-ci il tarixində qadağan olunmuşdu.
Sirr deyil ki, keçid dövründə effektiv nəzarət mexanizmlərinin olmaması və dünya təcrübəsinin öyrənilməməsi həm bu fəaliyyət növlərinin Azərbaycan iqtisadiyyatına ziyan vurmasına, həm də qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaradırdı.
Lakin dövlət aparatının güclənməsi, nəzarət mexanizmlərinin oturuşması bu gün artıq 28 il öncəki real səbəbləri aradan qaldırmaq üçün kifayət qədər effektiv formada fəaliyyətə imkan verir.
Aydındır ki, normal tənzimləmə olduğu halda kazinolar ölkəyə turist cəlb edir, yeni iş yerləri yaradır və verdiyi vergilərlə dövlət büdcəsinin gəlirinin artırılmasına şərait yarada bilir. Məsələn Böyük Britaniyada bu gəlir illik 20 milyard, İtaliyada 15 milyard, Niderlandda isə 4 milyard ABŞ dolları civarındadır. Kazinoların leqallaşdığı və etiraf edək ki, soydaşlarımızın məhz bu məqsədlə çox üz tutduğu qonşu Gürcüstan (2001-ci ildən) illik 100-150 milyon, Rusiya (2009-cu ildən) isə 20-30 milyon dollar civarında vergi gəlirləri əldə edib.
Təbii ki, bu sahənin leqallaşdırılması və tənzimlənməsi sadə məsələ deyil və bir çox amillərin nəzərə alınmasını zərurətə çevirir. Bu mənada nəzərə almalıyıq ki, kazinolar ölkənin bütün ərazisini yox, yalnız süni torpaq sahələrini əhatələyəcək və kifayət qədər sərt tələblər əsasında lisenziya ala və çoxsaylı amillər, o cümlədən sosial-mənəvi aspektlər gözlənilməklə ciddi nəzarət altında fəaliyyət göstərə biləcək.
Digər tərəfdən, etiraf etməliyik ki, hazırkı dövrdə bu sahədə fəaliyyətə qadağa tam mənada effektiv ola bilməz. Çünki ötən dövrün təcrübəsi də göstərir ki, zaman-zaman Azərbaycanda gizli kazinolar yaradılıb və dəfələrlə hüquq-mühafizə orqanları bu cür fəaliyyətləri aşkar edib. Eyni zamanda bir qayda olaraq fırıldaqçılıqla məşğul olan onlayn-kazinoların fəaliyyəti kifayət qədər geniş vüsət alıb.
Bu mənada ölkədə cari qanun layihəsinin timsalında kazino fəaliyyətinin hüquqi bazası formalaşarsa, qeyri-leqal oyun biznesi və fırıldaqçılığa da ciddi zərbə olar, bu istiqamətdə vergidən yayındırılan vəsaiti dövlət büdcəsinə yönəldər, xaricə pul axınının və eyni zamanda çirkli pulların yuyulmasının qarşısının alınmasında önəmli rol oynayar”, - deyə B.Məhərrəmov fikrini tamamlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi