Türkiyə-Azərbaycan qardaşlığına hücum artıb - İsrail bəhanəsi ilə (VİDEO)
17-06-2025 [16:41]
İsrail və İran arasındakı gərginlik bəhanə edilərək Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq hədəfə alınır.
Maraqlıdır ki, bu xəbərlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşü öncəsi yayılır.
Mia.az xəbər verir ki, bu barədə "Haber Global" televiziya kanalında yayımlanan süjetdə qeyd olunur.
Müəllif qeyd edir ki, hər iki liderin görüşü ərəfəsində yenə eyni dairələr səfərbər olublar.
"İsrailin Fələstinə hücumlarını bəhanə edərək Türkiyə-Azərbaycan dostluğunu hədəfə almağa cəhd edilir. Təxribatçılar Azərbaycanın irəli sürdüyü möhkəm faktlara, rəsmi açıqlamalara məhəl qoymurlar", - deyə süjetdə qeyd olunur.
Müəllif qeyd edir ki, iki ölkənin inkişaf edən münasibətlərini gözü götürməyən bəzi dairələr Azərbaycanı hədəf alan xəbərlər dərc edirlər. Azərbaycanı İsrailyönlü göstərməyə çalışan bu qruplaşmalar Türkiyə ictimaiyyətini təxribata çəkmək istəyir.
"Bu yaxınlarda növbəti dəfə oxşar ssenari həyata keçirildi. Həmin kampaniya ayın 28-də iki ölkə liderinin iştirakı ilə işğaldan azad edilən Laçında inşa edilən Beynəlxalq Hava Limanının açılışına təsadüf etdi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevə qarşı dezinformasiyalar dərc edildi, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirildi. İndi üfüqdə daha bir vacib görüş gözlənilir. Söhbət Azərbaycanın dəstəyi ilə tikintisi başa çatdırılan "Azərbaycan Məhəlləsi"nin təhvil verilməsi hadisəsindən gedir. Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev bu mərasimdə birlikdə iştirak edəcəklər. Göründüyü kimi, bu görüşdən əvvəl qardaşlıq əlaqələri bir daha hədəfə alınır", - deyə videosüjetdə qeyd olunur.
Müəllif xatırladır ki, mətbuat vasitəsi ilə həyata keçirilən müxtəlif təxribatlara baxmayaraq, Azərbaycan hər zaman Fələstinin haqlı mövqeyini dəstəkləyib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib. İlham Əliyev Fələstinin ədalətli tələblərini hər zaman dəstəklədiklərini və bu dəstəyin davam edəcəyini vurğulayıb. Humanitar yardımların davam etdiriləcəyini söyləyən İlham Əliyev Azərbaycan və Fələstin xalqları arasında qardaşlığın olduğunu vurğulayıb".
Süjetdə müəllif qeyd edir ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri keçmişdə olduğu kimi, bu gün də sarsılmaz şəkildə davam edir. Media vasitəsilə aparılan qarayaxma kampaniyalarına baxmayaraq, bu dostluq hər keçən gün daha da möhkəmlənir. Bu qardaşlığı böhtan və qarayaxma ilə pozmaq mümkün deyil.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi