“Akkord”un hesabına həbs qoyuldu

img

18-08-2014 [18:40]


"Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyasının Türkiyədəki bank hesablarına həbs qoyulub. MİA Teleqraf.com saytına istinadən xəbər verir ki, buna səbəb şirkətin "Öz Volkan" neft məhsullarının nəqli və inşaat şirkətinə 7 milyon 237 min 16 Tl borcunun olmasıdır.

"Akkord" Türkiyədə mədən sənayesində bəzi işlərin icrasını "Ada" metak mədənçilik şirkətinə həvalə edib. Amma şirkət gördüyü işin məvacibini ala bilməyib və məhkəməyə üz tutub. Qeyd olunur ki, "Akkord" Türkiyədə daha bir neçə şirkətin pulunu ödəmir. Azərbaycan şirkətinə qarşı iddiaların artacağı proqnozlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA