İSRAİLLƏ İRAN ARASINDA MÜHARİBƏ BAŞLADI - Qonşu ölkə vuruldu, general və nüvə obyektlərinə ağır zərbələr endirildi - Tehran nə edəcək? (VİDEO, FOTO)
13-06-2025 [14:48]
İsrail ordusu İrana qarşı növbəti hücuma başlayıb.
Mia.az xəbər verir ki, bu barədə İsrail ordusu xəbər yayıb.
Bildirilib ki, İranın nüvə obyektlərinə təkrar zərbələr dabam edib: "Bununla yanaşı, Kirmanşah, Qəsr-e Şirin, Kəngavər və Təbriz vurulub".
İran rəsmiləri hücumlarda mülki şəxslərin həlak olduğunu açıqlayıblar.
Təfərrüatlara toxunulmayıb.
***
Bu gün səhərə yaxın İsrail 200-dən çox qırıcı təyyarə ilə İranın paytaxtı Tehran, Təbriz və digər bölgələrə şiddətli zərbələr endirib, nəticədə şəhərin bir çox yerlərində güclü partlayışlar olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran dövlət televiziyası isə İsrailin Tehranın bəzi bölgələrinə hücum etdiyini bildirib.
Hücumlarla bağlı yayılan görüntülərdə Tehranın şimal-şərqindəki Mahallati rayonunda mülki yaşayış məntəqəsindəki bina və maşınların da vurulduğu görünür.
Görüntülərdən aydın olur ki, hücumdan sonra çoxmərtəbəli binaya ciddi ziyan dəyib.
İran dövlət televiziyası İsrailin İsfahan əyalətindəki Natanz Nüvə Müəssisəsini də vurduğunu açıqlayıb.
İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan “Sepahnews” isə İsrailin Təbriz şəhərində 5 nöqtəyə zərbə vurduğunu bəyan edib
Hücumda can və mal itkisi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
İsrail ordusundan verilən açıqlamada bildirilib ki, İrana hücumlarda onlarla reaktiv təyyarə iştirak edib: "İranın müxtəlif bölgələrindəki nüvə hədəfləri də daxil olmaqla, onlarla hərbi obyektə zərbələr endirdik. Nəzərdə tutduğumuz hücumların birinci mərhələsi tamamlandı. İranın ürəyi sayılan nüvə obyektləri vuruldu, generalları öldürüldü. İkinci mərhələsini də zamanla həyata keçirəcəyik".
İsrail ordusu İranın nüvə silahına hər zamankindən daha yaxın olduğu iddia iddia edir və bunun bütün dünya üçün təhdid olduğu bildirib: "İsrailin öz vətəndaşlarını müdafiə etmək üçün hər şeyə hazırdır. Gərəkli yerlərə daim hücum edəcəyik. Hücumlar təhlükə aradan qaldırılana qədər davam edəcək”
Baş naziri Netanyahu isə "İsrailin mövcudluğu təhlükəsini aradan qaldırmaq" səbəbiylə İrana hücum etdiklərini açıqlayıb: "İranın İsrailə qarşı təhdidləri aradan qaldırılana qədər hücumlarımız olacaq. İranın İsrailə qarşı soyqırım ritorikası var və bunun üçün nüvə proqramından əl çəkmir. İran atom bombası istehsal edəcək qədər uranı zənginləşdirib və silah istehsalı üçün daha əvvəl atmadığı addımlar atır. Bu sürətlə İranın çox qısa müddətdə nüvə silahı istehsal edə biləcək. Bu, İsrail üçün təhlükədir, biz buna imkan verə bilmərik".
İsrail müdafiə naziri Katz isə hücumdan sonra adekvat cavab gözlədiklərini bildirib və bu səbəbdən bütün İsraildə fövqəladə vəziyyət elan olunduğunu qeyd edib: "İsrailin İrana qarşı qabaqlayıcı hücumundan sonra yaxın gələcəkdə İsrailə və mülki əhaliyə qarşı raket və pilotsuz təyyarə hücumları gözlənilir. Bu səbəbdən İsrailin hava məkanı da növbəti xəbərdarlığa qədər bağlanıb"
Nazir deyib ki, İsrail ilk hücumda İranın müxtəlif bölgələrindəki bir çox hərbi obyektin vurub: "Hərbi hədəflərə, komandirlərə, qərargahlara və nüvə obyektlərinə planlanan uğurlu əməliyyatın ilkin mərhələsini həyata keçirdik. Buna paralel olaraq, İsrail ordusu yerli vaxtla saat 03:00-dan etibarən daxili cəbhə komandanlığı direktivlərində təcili dəyişiklik edib. Ölkədə vacib sektorlar istisna olmaqla, maarifləndirici fəaliyyət və toplantıların qadağan edilməsi barədə qərar qəbul edilib. Fövqəladə xəbərdarlıq bütün mobil telefonlara göndərilib".
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi