Laçın təhsilində biabırçılıq: hər müəllim 50 manat verməlidir

img

18-08-2014 [14:58]


Son dövrlər mətbuatda Laçın rayonundan xeyli sayda şikayətlər daxil olur. Rayonun idarəçiliyindən tutmuş, yerli təhsil şöbəsinə qədər bütün istiqamətləri əhatə edən bu şikayətlərin kökündə isə çoxlu sayda qanunsuz fəaliyyətlər dayanır.

Saytımızın elektron poçtuna daxil olan məlumat da məhz bu rayonda təhsil sahəsində görülən işlər və bu işlərlə büdcədən yeyilən pullarla bağlıdır. Həmin məlumatda iddia olunur ki, təhsili özünün qazanc mənbəyinə çevirən Laçın Rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyev bu yolla kifayət qədər capital qazana bilib. Prezidentin məlum sərəncamı ilə Təhsil Şöbələrinin ləğvi, əvəzində isə özündə bir neçə rayonu birləşdirən Regional Təhsil İdarələrinin yaradılması Malik Vəliyevi "korrupsiya sürətini” artırmağa vadar edib. Çünki yeni strukturun bərqərar olmasından sonra vəzifəsini itirəcəyini yaxşı bilən TŞ sədri bunun acığını pedoqoji kollektivdən çıxmaq qərarına gəlib.

Əldə etdiyimiz məlumata görə, Malik Vəliyev yeni təhsil ilinin başlanması münasibətilə yeni "rüşvət sezonu”na start verib və hər müəllimdən 50 manat pulun toplanması haqda şifahi göstəriş verib. Laçınlı müəllimlərin TŞ müdirinin bu özbaşınalığı haqda yaxın günlərdə müvafiq orqanlara şikayət edəcəyi də gözlənilir.
Mənbə daha sonra vurğulayır ki, rayonun tabeçiliyində olan 121 ümumtəhsil məktəbində rəsmi olaraq 10158 şagirdin oxuduğu deyilsə də bu heç də belə deyil. Belə ki, məktəblərdə elə siniflər var ki orada cəmisi 5-6 şagird oxuyur. Adı qeydiyyata alınan şagirlərin isə böyük əksəriyyəti dərslərdə iştirak etmir və onların çoxu ali məktəblərə hazırlaşdıqları üçün məktəbin yolunu belə tanımırlar.Mənbə deyir ki, rayon üzrə 121 ümumtəhsil məktəbində 1954 müəllimin çalışması ilə bağlı rəsmi məlumatlar da təhrif edilir. Belə ki, ucqar rayonlarda yerləşən məktəblərdə cəmisi 3-4 müəllim kontingenti çalışır. Ancaq rəsmi olaraq həmin məktəblərdə 10-dan çox müəllimin çalışdığı göstərilir(olkexeber).

Bu və digər məqamlarla bağlı şok araşdırmamızı isə yaxın günlərdə təqdim ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA