Rza Zərrab yenidən həbs oluna bilər

img

18-08-2014 [14:05]


Türkiyədə fəaliyyət göstərən iş adamı Rza Zərrab və iranlı milyarder Babək Zəncaninin korrupusiya və qaçaqmalçılıq işləri ilə məşğul olmasına dair yeni sənədlər aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, bunu iranlı millət vəkili Əmir Abbas Sultani deyib.

Sultani İranda nəşr olunan "Şərq” qəzetinə müsahibəsində bildirib ki, həmin sənədlər korrupusiya və qaçaqmalçılığa görə saxlanılan Babək Zənaci ilə Rza Zərrabın birgə fəaliyyət göstərməsini sübut edir.

Onun sözlərinə görə, bu yaxınlarda İran parlamentinin nümayəndə heyəti məsələni araşdırmaq üçün Türkiyəyə səfər edəcək. Sultani Ankarada İran nümayəndə heyətinin kimlərlə görüşəcəyi barədə heç bir açıqlama verməyib.

Qeyd edək ki, iranlı milyarder Babək Zəncani keçən il dekabrın 30-da korrupsiya və qaçaqmalçılıq, saxta sənədlər hazırlamaqda təqsirli bilinərək həbs edilib. Onun İran dövlətinə 2 milyard 350 milyon avro zərər vurduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA