Nəsib Məhəməliyevin başı dərddə; İcra başçısının «ağac terrorunun» pərdə arxası

img

18-08-2014 [13:22]


Nəsiminin icra başçısı ölkəninin birinci xanmını, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müdaxiləsi ilə nəticələnən qalmaqala görə günahı Mənzil Kommunla Təsərrüfat Birliyinin rəisinin üzərinə qoymağa çalışır.


Nəsib Məhməliyev bütün günahı Mənzil Kommunla Təsərrüfat Birliyinin rəisinin üstünə atmaq istəyib, baş verənləri idarə rəisinin özbaşınalığı kimi dəyərləndirib.

Bakının Nəsimi rayonu 20 yanvar küçəsi 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların (eldar şamı, akasiya, sərv və sairə) kəsilməsi vidiosunun və fotosunun məbutada işıqlandırılması Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müdaxiləsi nəticəsində «təbiət qətliamı»nın qarşısı alındı. Qeyd edək ki, Nəsimi rayon Mənzil Kommunla Təsərrüfat Birliyinin işçiləri bu «əməliyyatı» ağacların budanılması adı altında həyata keçirməyə cəhd ediblər. Lakin ərazidə yaşayan sakinin ağağların qırılmasını çəkələk mətbu orqana yollaması Nəsib Məhəməliyevin bütün planını pozub və nəticədə icra başçısı siddi sayılacaq qalmaqalla üzləşib.

Bu barədə daxil olan məlumatda bildirilir ki, Nəsimi rayonunda 20 yanvar küçəsində baş verən nadir ağacların budanılması adı ağacların kəsilməsi göstərişi rayon icra başçısıs Nəsib Məhəməliyevdən gəlib. İddiaya görə icra başçısı adı çəkilən ərazininin torpaq sahəsini bir iş adamın satıb. Həmin iş adamından əvvəlcədən külli miqdarada "beh”də alınıb. 20 yanvar küçəsindəki ağacların budaması adı altında kəsilməsi işini isə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri həyata keçirirmişlər. 

Məlumat mənbənin iddiasına görə icra başçısı Nəsib Məhəməliyev  Kommunal Təsərrüfat Birliyinin rəisi Laçın Mustafayevə ağacların bir hissəsini budanılması, qalanlarının isə heç kəsin xəbəri olmadan kəsilməsi barədə göstəriş verib. Məlumata əsasən Heydər Əliyev Fondunun işçilərinin əraziyə baxşı keçirmələri zamanı isə icra başçısıs Nəsib Məhməliyev bütün günahı Mənzil Kommunla Təsərrüfat Birliyinin rəisinin üstünə atmaq istəyib, baş verənləri idarə rəisinin özbaşınalığı kimi dəyərləndirib və Kommunal Təsərrüfat Birliyinin rəisi Laçın Mustafayevin cəzalandırılacağı barədə söz verib.

Qeyd edək ki , ölkə prezidenti dəfələrlə paytaxt Bakıda ağaclarının qırılmasının yolverlməz olması barədə icra başçılarına dəfələrlə göstəriş verib. Lakin Bakı rayonlarının bir çox icra başçıları prezidentin bu ciddi xəbərdarlıqlarını duymamazlıqdan gələrək şəxsi gəlirləri naminə paytaxtda «ağac soyqırımını» davam etdirirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA