İmişlidə məmurlara 45800 manat kələk gəliblər - Rayon təhsilində daha bir skandal

img

16-08-2014 [18:16]


İmşlidəki qaynaqlardan daxil olan məlumata görə, Rayon Təhsil şöbəsinin müdiri Ramiz Əmirovla maliyyə idarəsinin rəisi Rəhim Rəhimovun arasında narazlıq yaranıb.

Qeyd edək ki, adı çəkilən şəxslər xala oğludurlar.

Onların bir-birindən incik düşməsinin səbəbkarı rayon sakini Abdullayev Rafiq İbad oğlu olub.

Rafiq Abdullayev Təhsil şöbəsinin müdürü ilə sövdələşərək ondan 45800 manat pul alıb ki, guya, rayon məktəbliləri üçün ucuz qiymətə geyim forması gətirəcək.

Söyləntiyə görə, pul Rafiq Abdullayevin hesabına daxil olandan sonra vəsaitin 30 faizi nəğd şəkilində xala oğullarına çatasıymış. Amma adam pulu alandan sonra "yağlı əppək" olub, yoxa çıxıb. İndi nəinki faiz, heç məktəb geyimindən də söhbət açan yoxdur.

Bildirilir ki, Rafiq Abdulayevin bu əməliyyatda iştirakını yuxarıdan tələb ediblər. Ona bu qədər arxayınlıq da elə həmin tapşırdan irəli gəlib.

Maraqlı məqamlardan biri də budur ki, ötən il də buna oxşar maliyyə əməliyyatı baş verib. Həmin əməliyyat zamanı tərtib olunan sənədlərdə Abdullayeva Nuriyə İbad qızının, yəni, Rafiq müəllimin bacısının adı keçir.

Həmin sənədlərdə 70 min manatlıq məktəbli formasının alınıb şagirdlərə pulsuz paylanlması qeyd olunsa da İmişli məktəblilərindən və valideyinlərdən bu fakti təsdiqləyən olmadı...

infom.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA