Zakir Həsənov nazirləri Naxçıvana toplayır

img

16-08-2014 [12:31]


Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin Naxçıvanda görüşü planlaşdırılır.

Müdafiı Nazirliyindən MIA-ya daxil olan məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə avqustun 18-də Gürcüstanın Müdafiə naziri İrakli Alasaniya və Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmazın Azərbaycanın rəsmi səfəri planlaşdırılır.

Səfər çərçivəsində Naxçıvan şəhərində Müdafiə nazirlərinin Vasif Talıbovla görüşü, o cümlədən, nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin, Naxçıvanda yerləşən tarixi və mədəni abidələrin ziyarət olunması və bir sıra digər tədbirlər nəzərdə tutulub.

Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA