“Meyvə-tərəvəzin qiyməti kəllə-çarxa çıxacaq”

img

15-08-2014 [15:22]


"Ölkədaxili istehlak bazarında qiymət artımı olacaq. Çünki ixrac olunan aqrar məhsullara yerli bazarda da tələbat böyükdür. Buna görə də qiymət siyasətinə dövlətin də müdaxiləsi labüddür”.
Bunu Modern.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Zahid Abbasov deyib.

Qeyd edək ki, Rusiyanın Avropa Birliyinə daxil olan ölkələrdən qida məhsullarının ixracına qoyduğu qadağa şimal qonşumuzun Azərbaycanla ticarət dövriyyəsini genişləndirib. Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəsmi nümayəndəsi Aleksey Alekseyenko "Rusiya bazarı Azərbaycan malları üçün açıqdır, Azərbaycan malları Rusiya bazarlarındakı piştaxtaları doldura bilər” açıqlaması verib.

Z. Abbasov da deyir ki, qonşu ölkəyə ixracın artımındakı dəqiq həcm bu ayın sonunda bəlli olacaq.
"Hazırda meyvə-tərəvəz məhsullarının istehsalı tükənmək üzrədir. Bu il ola bilsin insanların maddi büdcəsinə təsiri az olsun. Amma gələn il bu proses davam etsə, mütləq qiymətlərdə çalxalanma müşahidə ediləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA