Ziya Məmmədov qiymət artımına etiraz edən 8 sürücünü qovub-VİDEO

img

15-08-2014 [14:18]


"Bakı Taksi” MMC bir neçə gün öncə ANS TV-nin "London taksiləri” ilə bağlı hazırladığı süjetə görə 8 sürücünü işdən azad edib.

MİA xəbər verir ki, bu barədə AzVision.az-a sürücülər özləri məlumat veriblər.

Bildiriblər ki, ANS telekanalı bir müddət öncə "London taksi”lərlə bağlı reportaj hazırlayıb və efirə gedən kadrlarda sürücülərin görüntüləri əks olunub. Buna görə də, "Bakı Taksi” MMC-nin rəhbərliyi efirə gedən videoda görünən sürücüləri işdən çıxarıb.

Eləcə də, digər sürücülərə xəbərdarlıq edilib ki, heç bir KİV-ə şikayət xarakterli məlumat verməsinlər, əks halda işdən kənarlaşdırılacaqlar.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA