15-08-2014 [13:51]
Cəlilabad rayonundan maraqlı məktub daxil olub. Həmin məktubu olduğu kimi təqdim edərək qarşı tərəfə cavab haqqı tanıdığımızı bildiririk: "Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rayonda insanları incidib ölkə rəhbərliyindən narazı salması heç kimə sirr deyil. Hətta, o bu istiqamətdə özünə həmfikir idarə rəislərini seçib vəzifələrə gətirməklə bu işi rayonda kütləviləşdirib. Belə idarə rəislərindən biri də icra başçısına arxalanan, onun adamı hesab edilən Cəlilabad Suvarma Sistemləri İdarəsinin rəisi Mirdamət Məmmədovdur.
50 hektar torpaqda kartof əkdirən Cəlilabad Suvarma Sistemləri İdarəsinin rəisi Mirdamət Məmmədov səlahiyyətlərindən də geninə-boluna istifadə edir. Onun 50 hektar torpaqda kartof əkdirə bilməsi isə təbii olaraq suvarma suyuna olan tələbatı yerinə yetirə bilməsindən irəli gəlir. Suyu inhisarında olan torpaqlara axıdan idarə rəisi il ərzində əldə etdiyi gəliri icra başçısı ilə bölüşür. Bundan əlavə, vəzifəsindən sui istifadə edərək sahibkarlara suvarma suyunu real qiymətdən 5 dəfə artığına satan Mirdamət Məmmədovun hazırda sezonudur. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun adamı hesab edilən idarə rəisi il ərzində idarəyə ayrılan dövlət vəsaitlərinin müxtəlif təyinatlı mal-material alınması adı altında mənimsənilməsini də yaddan çıxarmır. Məsələn, idarənin maşın-texnika parkının kompleksləşdirilməsində əsas vəsait silinərək mənimsənilir. İdarənin balansında olan texniki vasitələr, maşın və mexanizmlər sahibkarlara xidmət göstərmək üçün hazır formaya gətirilən zaman külli miqdarda dövlət vəsaiti israfçılıqla xərclənir ki, bu da məqsədli xarakter daşıyır. Sonradan isə həmin maşın və mexanizmlərlə sahibkarlara göstərdikləri xidmətin müqabilində onlardan lazımi qədər pul da alınır. Bu adla sahibkarlara xidmət edən texnikanın 17 ədəd olduğu bildirilir. Bu isə Mirdamət Məmmədova hər ay 100 ton yanacaq silib mənimsəməsinə imkan verir.
İl ərzində su dartan nasos stansiyaları, nasoslar və s. avadanlıqların təmirindən idarə rəisinin 80-100 min manat aralığında pul qazandığı şübhəsizdir. Bu il idarə 7022 hektar sahəyə 15530 min kub metr su vermək barədə müqavilələr imzalayıb. Halbuki, veriləcək su göstərilən rəqəmdən 2 dəfə az olacaqdır. Bu amilin özü Mirdamət Məmmədova pirpiska adı altında yaxşı pul qazandıracaqdır. Cəlilabad Suvarma Sistemləri İdarəsinin hərtərəfli şəkildə talanmasının arxasında isə idarə rəisi ilə bərabər icra başçısının olduğu mütləqdir. Çünki, keçmiş idarə rəisi Adil müəllimin işdən çıxarılmasında Əziz Əzizovun "xüsusi əməyi” olmuşdur – deyə daxil olan məlumatlarda deyilir”.
gunxeber.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi