"Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır" - Mətbuat katibindən Baş nazirin iddialarına reaksiya
26-05-2025 [16:22]
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş Nazirinin İrəvan Dialoqu zamanı söylədiyi fikirləri şərh edib.
Mia.az-ın məlumatına görə, XİN rəsmisi bildirib ki, Ermənistan Baş Nazirinin İrəvan Dialoqu zamanı təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, Ermənistanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur.
Onun sözlərinə görə, Minsk Qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır.
A.Hacızadə bildirib ki, Minsk Qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edib: "Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır. Azərbaycan və Ermənistan arasındakı münaqişə Azərbaycan ərazilərinin Ermənistanın 30 illik işğalından azad edilməsi ilə başa çatdığına baxmayaraq, Minsk Qrupunun buraxılmasının “Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan ərazisində bağlamaq və onu Ermənistanın suveren ərazisinə keçirmək” məqsədi daşıdığı iddiası tamamilə manipulyasiyadır. Ermənistan belə bir mövqe ilə münaqişənin bitmədiyinə və Minsk Qrupunun saxlanılmalı olduğuna işarə edir.
Ermənistan Baş Nazirinin Qərbi Azərbaycan barədə fikirləri faktların təhrif edilməsi və demək olar ki, Ermənistan əhalisinin əksəriyyətini təşkil etmiş azərbaycanlıların ayrılmaz hüquqlarının açıq şəkildə inkar edilməsidir. Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur və Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır.
Kommunikasiya marşrutlarının açılması məsələsinə gəldikdə, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz. Ermənistanın müqaviməti və mürəkkəb tranzit marşrutları təklif etməsi irəliləyişi ləngidir və regional əməkdaşlığın əhəmiyyəti haqqında bəyanatlara ziddir.
Davamlı sülhə nail olmaq üçün, Ermənistan öz Konstitusiyasında ərazi iddialarını aradan qaldırmaqla müvafiq dəyişiklik etməli və Minsk Qrupunun heç bir şərt olmadan buraxılmasını dəstəkləməlidir. Azərbaycanın şərtləri maneələr deyil, regional sülh və sabitliyi təmin etmək üçün legitim addımlardır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi