15-08-2014 [12:48]
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev eks-spiker Rəsul Quliyevə 30 min dollar "atıb”.
Bu barədə AzPolitika.info-ya Rəsul Quliyevə yaxın mənbələrdən məlumat daxil olub.
Məlumatda bildirilir ki, ötənilki prezident seçkiləri ərəfəsində bir neçə dəfə ABŞ və Avropada Rəsul Quliyevlə görüşən Fuad Əliyev, R.Quliyevi inandırıb ki, eks-spikerin seçkidə iştirakına ciddi dəstək verəcək. Bu məqsədlə qısa müddətdə kütləvi oxucu auditoriyası olan sayt və internet televiziyası yaratmaq iqtidarındadır. Çox gurultulu bəyanatlarla prezident seçkisinə hələ il yarım qalmış aktivləşən R.Quliyev isə Fuad Əliyevin bu vədinə inanıb. O vaxtkı ACP lideri Bakıdakı adamlarına F.Əliyevi maliyyələşdirmək tapşırığını verib. Qısa müddət ərzində F.Əliyevə 30 min dollar pul verilib.
Mənbə deyir ki, F.Əliyev partiyasının bir otağını "studiyaya” çevirərək internet televiziyası açdığını elan edib. Lakin xeyli vaxt keçsə də, bu layihənin uğur qazanmadığını görən R.Quliyev narazılıq etməyə başlayıb. Bakıdakı yaxınlarından birinin diqqəti yönəltməsindən sonra R.Quliyevin "seçki kampaniyasını” işıqlandırmaq məqsədilə yaradılmış "TV”-nin onlayn izləyicilərinin sayının həmin anda cəmi 7 nəfər olduğunu görərək qəzəblənən eks-spiker maliyyənin dayandırılmasını tapşırıb. Bundan qısa müddət sonra guya özünün ən böyük dəstəkçilərindən biri hesab etdiyi Fuad Əliyevin prezidentliyə namizədliyini elan etdiyi xəbərini eşidən R.Quliyev, əvvəlcə bu xəbərə inanmaq istəməyib. Lakin bir neçə mənbə ilə dəqiqləşdirdikdən sonra seçkilərdə Rəsul Quliyevə dəstək vədini vermiş Fuad Əliyevin belə bir addım atdığına inanıb, qəzəbdən nəsə deməyə dili söz tutmayıb…
Xatırladaq ki, zaman-zaman hakimiyyətin "əlinə oynamış” Fuad Əliyevin prezident seçkilərindən xeyli əvvəl qan-qan deyən Rəsul Quliyevin yanında peyda olması çoxlarını təəccübləndirmişdi. F.Əliyev Rəsul Quliyevin dəvəti ilə ABŞ-da səfərdə olmuş, orda eks-spikerlə müəyyən görüşlərdə iştirak edəndən bir müddət sonra onu Norveç səfərində də müşaiyyət etmişdi. R.Quliyev hətta Rusiya xarici işlər naziri Sergey Lavrova qəbul edilməsi xahişi ilə yazdığı gizli məktubda da Fuad Əliyevdən bəhs etmiş, "görüşə birlikdə gələcəyik”, deyə bildirmişdi.
Bundan sonra isə Rəsul Quliyevin təbliğatını aparacaq internet KİV-lərinin yaradılması işininin təşkilini də öz partiyasının sədrinə yox, Fuad Əliyevə həvalə etməsi təəcüb doğurmuşdu.
Lakin indi bəlli olur ki, Rəsul Quliyevlə Fuad Əliyevin bu müəmmalı əməkdaşlığı ikincinin 30 min dollar irəli düşməsi, eks-spikerin isə əsəb gərginliyi ilə nəticələnibmiş.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi