Bakıda atışma, bir nəfəri güllələyiblər

img

15-08-2014 [12:00]


Bakının mərkəzində güllələnmə hadisəsi baş verib. Hadisə ötən gecə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Bakı şəhər sakini, 31 yaşlı Samir Fazil oğlu Mehbalıyev naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Belindən güllə yarası alan S. Mehbalıyev Klinik Tibbi Mərkəzə yerləşdirilib.

KTM-dən APA-ya faktı təsdiqləyiblər. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilib.

Səbail Rayon Polis İdarəsindən isə baş vermiş hadisə ilə bağlı açıqlama verməkdən imtina ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA