15-08-2014 [11:43]
MİA-ya nazirliyin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, bu il əvvəlki illərlə müqayisədə ölkənin iqlim şəraitində xeyli quraqlıq müşahidə olunduğundan bütün təbiət əraziləri, o cümlədən biçənək və otlaq sahələri, meşə massivləri yanğına daha həssas vəziyyətdədir. Belə şəraitdə təbiət qoynunda istirahət edən və təsərrüfat işləri ilə məşğul olan vətəndaşların, otlaq sahələrində məskunlaşmış heyvandarların ehtiyatsızlığı, taxıl sahələrinə biçindən sonra od vuran fermerlərin yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi müxtəlif bölgələrdə yanğınların baş verməsinə və sonradan meşə fondu torpaqlarına, milli parkların ərazilərinə keçməsinə səbəb olur.
Məsələn, iyulun əvvəllərində Siyəzəndə əvvəlcə rayonun quşçuluq fabrikinin yaxınlığındakı bələdiyyə torpaqlarında böyük ərazini əhatə etmiş yanğın meşə sahəsinin az bir hissəsinə keçdikdən sonra söndürülmüşdü. Yaxud Lerikin Piran kəndinin bələdiyyə ərazisindəki quru otlaq sahədə başlanan yanğın külək nəticəsində xeyli ərazini bürümüş və sonradan meşə fonduna keçsə də, 3 hektar sahədə kol-kosa ziyan dəymişdi. Oxşar yanğın hadisələri, yəni fermerlərin ehtiyatsızlığından baş vermiş bu cür hallar Masallıda, Cəlilabadda və Şəkidə də qeydə alınıb və xeyli meşə fonduna daxil olmayan ərazi yandıqdan sonra meşə sahəsinin sərhəd hissəsinə müəyyən ziyan dəyib. Daha bir etinasizlıq faktı bir gün əvvəl Gədəbəydə qeydə alınıb. Yerli sakinin meşədə ocaq qalaması yanğınla nəticələnib, lakin ETSN və FHN əməkdaşlarının operativ müdaxiləsindən sonra alov tez bir vaxtda ram edilib. Həmin şəxs barəsində isə tədbir görülüb və hüquqi məsuliyyətə cəlb olunması üçün polisə müraciət olunub. Eyni zamanda bir sıra hallarda yanğının hələlik naməlum səbəblərdən, o cümlədən təbii hadisələrdən də (Qəbələ və Oğuzda yanğına quru ot örtüyünə ildırım düşməsinin səbəb olduğu ehtimal edilir) baş verməsi məlumdur. Ümumiyyətlə, bu cür ehtiyatsızlıq və hətta etinasızlıq nəticəsində ölkənin təbiətinə ziyan vurulur, çətin relyeflərdə, əksər hallarda keçilməz yolsuzluq şəraitində xeyli miqdarda maddi və insan resursları məsrəf olunur.
Bütün hallarda ölkənin təbiətinə, meşələrinə cavabdeh qurum olaraq ETSN zərər çəkmiş tərəf kimi ciddi narahatlıq keçirir və yanğınların baş vermə səbəblərinin araşdırılması və təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər ünvanlayıb. Məlumat üçün bildirək ki, yanğının baş verməsinə səbəb ola biləcək amillərdən birinin də kustar üsulla kömür hazırlanması fəaliyyəti olduğu ehtimal edilir. ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamenti əməkdaşlarının son bir həftə ərzində keçirdikləri reydlər zamanı kustar üsulla kömür hazırlayan 8 şəxs aşkar edilib, həmin şəxslər 5600 manat məbləğində cərimə olunub və kömür quyuları ləğv olunub.
ETSN builki quraqlıq şəraitində Azərbaycan təbiətinə və ümumiyyətlə ətraf mühitə vurulan bu cür ziyanların qarşısının alınması üçün əhalini bir daha odla ehtiyatlı olmağa çağırır və baş verən hər hansı xırda yanğının dərhal söndürülməsi məqsədilə vaxtında tədbirlərin görülməsi üçün müvafiq qurumlara müraciət etmələrini xahiş edir.
Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə dəstələri, aviasiya bölmələri ilə birlikdə son günlər ölkənin müxtəlif ərazilərində baş verən yanğınların qarşısının alınması istiqamətində ciddi tədbirlər görür, operativ qaydada yanğınların miqyasının genişlənməsinə yol verilmir. Əksər hallarda yanğınların ucqar dağlıq ərazilərdə, bir-birindən uzaq məsafələrdə baş verməsi onun söndürülməsini çətinləşdirir. Vəziyyətin ciddiliyi nəzərə alınaraq ETSN-nin Fövqəladə Hallar Mərkəzi, həmçinin müvafiq qurumları fövqəladə iş rejiminə keçib. Ucqar dağlıq sahələrdə yanğınsöndürən maşınların istifadəsi mümkün olmadığından yanğınların qarşısının alınmasında əsasən əl əməyindən və Fövqəladə Hallar Nazirliyinin helikopterlərinin köməyindən istifadə edilir. ETSN-nin və FHN-nin müvafiq qurumlarının əməkdaşları yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən bel, kürək və sair avadanlıqlardan istifadə etməklə tədbirlər görür. Hazırda nazirliyin 300 nəfərdən artıq əməkdaşı, o cümlədən müvafiq departament rəhbərləri və işçi kollektivi müxtəlif ərazilərə ezam olunub.
Görülən tədbirlərin nəticəsində bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın ocaqları, közərtilər də daxil olmaqla meşə ərazilərinin müxtəlif sahələrində tez söndürüldüyünə görə ümumilikdə yanmış sahəlik ərazilərin az bir hissəsini əhatə edib. Hadisə yerində olan ETSN mütəxəssislərinin müşahidələri və ilkin hesablamaları göstərir ki, əhatə olunan ərazi ümumi görüntü xarakteri kəsb edir və yanğının söndürülməsindən sonra faktiki olaraq ziyan dəymiş sahələr ümumi görüntüdən qat-qat azdır. Yəni mütəxəssislərin rəyinə görə, yanğın baş verən zaman onun istiqaməti və yeri ümumi rəqəmlərlə müəyyənləşdirilir, daha geniş ərazidə söndürülmə üçün tədbirlər görülür, bununla da yanğının əhatə dairəsi qeyd olunur. Alov ram edildikdən və közərtilər tamamilə söndürüldükdən sonra faktiki ziyan dəymiş meşə sahələri hesablanır. Ümumiyyətlə isə yanğına məruz qalmış ərazilərin sahəsi böyük görünsə də, əksəriyyəti bələdiyyə torpaqları, çay vadilərindəki otlaq və biçənək sahələridir. ETSN və FHN əməkdaşlarının operativ səyləri nəticəsində, mütəxəssislərin yekunlaşdırmalarına görə, faktiki olaraq meşə fonduna böyük ziyanın dəyməsinin qarşısını almaq mümkün olub. Ziyan dəymiş ərazilərin əksəriyyətində isə yanğına əsasən alt təbəqədə olan yarpaq yığıntıları, yaşı keçdiyinə görə yıxılmış ağaclar, kol-kos və quru ot örtüyü məruz qalıb. Eyni zamanda çox da olmasa yaş köküstə olan ağaclara da müəyyən zərər dəyib.
* Siyəzəndəyanğın 5 hektar ərazini (quru otlaq və biçənək sahələri) əhatə edib, 2 hektar meşə sahəsinə ziyan dəyib;
* Lerikdəyanğın 10 hektar ərazini (heyvandarların məskunlaşdığı otlaq sahələri) əhatə edib, 3 hektar meşə sahəsinə ziyan dəyib;
* Masallıdayanğın 5 hektar ərazini əhatə edib, 2 hektar meşə sahəsinə ziyan dəyib;
* Cəlilabaddayanğın 8 hektar ərazini (çay vadisindəki qurumuş kol-kos) əhatə edib, 2 hektar meşə sahəsinə qismən ziyan dəyib;
* Oğuzdayanğın 12 hektar ərazini (biçənək və otlaq sahəsi) əhatə edib, 4 hektar meşə sahəsinə müəyyən ziyan dəyib;
* Şəkidəyanğın 2 hektar ərazini əhatə edib, 1 hektar meşə sahəsində müəyyən ziyan müşahidə olunub;
* Gədəbəydəyanğın 6 hektar ərazini (kol-kos, quru yarpaq örtüyü) əhatə edib, 1 hektar meşə sahəsinə qismən ziyan dəyib;
* Hirkan Milli Parkınınyaxınlığındakı ərazilərdə müxtəlif vaxtlarda və müxtəlif sahələrdə 6 dəfə yanğın baş verib və 18 hektar ərazini (quru otlaq və biçənək sahələri, kol-kos) əhatə edib, parkın 5,3 hektar meşə sahəsində bir sıra ağaclar zədələnib;
* Şahdağ Milli Parkınınyaxınlığındakı bələdiyyə torpaqlarında ayrı-ayrı sahələrdə 2 dəfə yanğın baş verib və 23 hektar ərazini (heyvandarların məskunlaşdığı otlaq sahələri, biçənək sahələri) əhatə edib, parkın 5 hektar meşə sahəsinə ziyan dəyib;
* Zaqatala Dövlət Təbiət Qoruğundayanğın 1 hektar ərazini əhatə edib, 0,5 hektar meşə sahəsinə ziyan dəyib;
* Türyançay Dövlət Təbiət Qoruğundayanğın 2,6 hektar ərazini (çay vadisində otlaq sahəsi) əhatə edib, meşə sahəsinə ziyan dəyməyib.
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və meşələrimizi oddan qorumağa çağırır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi