14-08-2014 [17:15]
Prezident İlham
Əliyevin Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə Ermənistan
prezidenti Serj Sargsyanla görüşü ətrafında manipulyasiyaların hələ də davam
etməsi diqqətdən qaça bilməz. Burda maraqlı olan budur ki, Ermənistan mətbuatı
və onunla həmahəng olan Azərbaycanın bəzi təbliğat vasitələri əlindən gələni
edir ki, Prezident İlham Əliyevi bu görüşün məğlub tərəfi kimi göstərsinlər.
İlk günlər bütün bunlara təmkinlə yanaşan Azərbaycan hakimiyyəti axır ki,
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənovun dilindən olayın əslinə aydınlıq gətirdi. Buna qədərsə Ermənistan
prezidenti S.Sargsyan bəlkə özü də bilmədən həmin görüşdə psixoloji üstünlüyün
İlham Əliyevdə olduğuna işarə vurmuşdu. O, bütün etiket qaydalarını pozaraq
qapalı görüşdəki məsələləri mətbuata açıqlamışdı. Azərbaycan tərəfə keçərkən
yaxalanmış erməni diversant Karen Petrosyanın ölüm olayına da aydınlıq gətirmək
istəyən Ermənistan pezidenti İlham Əliyevdən belə bir cavab aldığını deyir:
"qorxusundan ölüb”. Bilmirəm, bu məsələ kimin diqqətini nə qədər çəkdi, amma
mən təkcə bu cavabla Prezident Əliyevin Sargsyanı sadəcə olaraq nokauta
saldığını düşünürəm. Cavab, özlüyündə özünə arxayın bir şəxsin qarşısındakına
verdiyi saymazyana reaksiyadan başqa bir şey deyil. Üstəlik, bu cavabı bu
şəkildə vermiş şəxs mütləqdir ki, qarşısındakının əzgin durumda olduğunun
fərqinə varmışdır. Bu baxımdan, başqa ayrıntılar olmasa belə, təkcə bu məqam
yetərlidir ki, Prezident Əliyevin görüşdən üstün tərəf olaraq ayrıldığını
deyək. Amma Sargsyanın Ermənistanın daxili ictimai rəyinə hesablanmış
açıqlamaları fonunda Azərbaycan tərəfinin məcbur qalıb görüşün bəzi
məsələlərinə aydınlıq gətirməsi də bizim dediyimizi təsdiq edir.
Əli Həsənovun bu
mövzuda AzərTAc-a verdiyi müsahibədən aydın olur ki, Prezident Əliyev Sargsyanı
təkcə erməni devirsantın "qorxudan ölməsi”lə mat qoymayıb. O, Ermənistan
prezidentindən həm də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məhz bir
milli qəhrəman kimi yanaşmağı tələb edib. Üstəlik, ermənilərin təmas xəttində
həlak olan Azərbaycanlıların cəsədlərini təhqir etməsini alman faşistlərinin
əməllərilə müqayisə edərək ona anladıb ki, müharibəni də kişi kimi aparmaq
lazımdır. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti üçlü qapalı
görüşdə psixoloji üstünlüyə malik olub və elə görüşlə bağlı fotolarda da
Ermənistan prezidentinin sınıxmış görünməsi bunu təsdiq edir. Lakin yenə də
görürük ki, S.Sargsyan ölkəsinə dönən kimi qəddi düzəlir, öz xalqı qarşısında
yalanlar uyduraraq üstün durumda olduğunu göstərməyə çalışır. Bu da təsadüfi
deyil. Çünki bu görüş ərəfəsində və sonra Ermənistanda ictimai narazılığın
artması, erməni gənclərinin Dağlıq Qarabağ ərazisində əsgəri xidmətdən
yayınmağa çağırışları işğalçı dövlətin heç də yaxşı durumda olmadığını təsdiq
edir. Və Sargsyan da durumu düzəltmək üçün Prezident Əliyevlə görüşün
ayrıntıları üzərində manipulyasiya etməyə çalışır. Amma bəlli olur ki,
ermənilər "qorxudan ölür”...
Bütün
bunları yazarkən düşünürəm ki, Azərbaycan ictimai rəyi bir daha əmin olsun ki,
ölkə başçısı dövlətimizin maraqlarından bir addım belə geri çəkilmir. Düzdür,
bəzi xarici mərkəzlərin muzdlu uzantıları gecə-gündüz durmadan sübut etməyə
çalışır ki, Prezident Əliyev ölkənin maraqlarını satır. Ancaq, hər halda, ölkə
əhalisi də, ağlı başında olan hər kəs də anlayır ki, İ.Əliyev məhz milli
maraqlarımız üçün çalışır və Ermənistanla müharibənin ilk illərində olmuş
psixoloji məğlubiyyətimizdən əsər-əlamət belə qalmayıb. Deməli, Azərbaycan
artıq diktə edən tərəfə çevrilib. Bu isə işğalçı Ermənistan üçün ciddi siqnal
olmalıdır. Elə ciddi siqnaldır da. Belə olmasaydı Ermənistan prezidenti
ermənilərin artıq "qorxudan ölməyə” başladığını etiraf etməzdi...
Azər HƏSRƏT
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi