Hikmət Hacıyev: "Biz Avrasiya regionunda inkişaf edən xoşbəxt ölkəyik" - "Kimlərinsə bizim üçün nizam yaratmasına imkan verməməliyik"
18-05-2025 [21:21]
"Azərbaycan ilə İran iqtisadi əməkdaşlıq əlaqələrini davam etdirməli və gücləndirməlidir".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunun panelində deyib.
"Biz Avrasiya regionunda inkişaf edən xoşbəxt ölkəyik. Bizim Türkiyə, Rusiya və İran ilə çoxtərəfli əməkdaşlıq əlaqələrimiz var”, - deyə H.Hacıyev bu xüsusda 3+3 formatının əhəmiyyətinə toxunub.
Azərbaycan Prezidentinin köməkçisi regionda mövcud plan regional təşkilatların funksionallığının artırılmasının vacibliyini qeyd edərək, bu xüsusda İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və İslam Əməkdaşlıq Təşkilatını vurğulayıb: “Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də İranla əməkdaşlıq edirik. Çünki islam həmrəyliyi prinsipi bizim üçün vacibdir”.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və İran iqtisadi əməkdaşlığı davam etdirməli, ikitərəfli əlaqələri gücləndirməlidir: "Azərbaycan ilə İran ortaq tarixi keçmişə malikdir və iki ölkə birlikdə tərəfdaşlıq üçün modellər yaradıb inkişaf etdirə bilər. Kimlərinsə bizim üçün nizam yaratmasına imkan verməməliyik, özümüz firavanlıq, inkişaf haqqında düşünməliyik”.
Prezidentin köməkçisi, həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan və beynəlxalq əhəmiyyət daşıyan infrastruktur layihələrdən danışıb. Vurğulayıb ki, biz özümüzə və tərəfdaşlarımıza fayda vermək üçün real imkanlardan istifadə etməliyik. Bu xüsusda Avrasiyanın nəqliyyat dəhlizini yenidən tərtib edən Şimal-Cənub layihəsinin əhəmiyyətinə toxunub: “Özümüz üçün yeni təhlükəsizlik arxitekturası qurmağa çalışmalıyıq və həyata keçiriləcək layihələri müəyyənləşdirməliyik”.
H.Hacıyev Fələstinlə bağlı suala cavabında qeyd edib: "İslam Əməkdaşlıq Təşkilatı mövcud olan ən mühüm təsisatlardan biridir. Azərbaycan da ədalətə və beynəlxalq hüquqa əsaslanan islam həmrəyliyini dəstəkləyir. Biz Fələstin məsələsinim BMT-nin qərarları və qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəkləyirik. Azərbaycan malik olduğu fərqli geosiyasi kimliyi əsasında fərqli regionlarda aktiv diplomatik fəaliyyət aparır - Cənubi Qafqaz, Xəzər və Qara dəniz hövzəri, postsovet məkanı, Mərkəzi Asiya, Yaxın Şərq və sair".
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə də münasibət bildirən Prezidentin köməkçisi vurğulayıb: “İndi Azərbaycan regionda yeni status-kvo və reallıq yaradıb. Sülh üçün münbit şərait vardır. Qazandığımız qələbə xalqımızın qanı bahasına başa gəlib. Azərbaycanla Ermənistanın münasibətlərində hərbi elementlər - xüsusilə hərbi təcavüz və işğal gündəlikdən çıxarılıb. İşğala hərbi-siyasi vasitələrlə son qoyulub. Azərbaycan regionu sülh və sabitliyə doğru aparmaq istəyir.
Biz bilirik ki, Konstitusiya hər bir olkənin daxili işidir, bir şərtlə ki, başqa ölkə üçün təhlükə yaratmasın ərazi iddiaları olmasın. Ermənistanın konstitusiyasında Azərbaycanla bağlı ərazi iddiası hələ də var və bu müddəa çıxarılmalıdır. Regional məsələlər region ölkələrinin özləri tərəfindən həll olunmalıdır. Təəssüf ki, bəzi xarici qüvvələr regiona müdaxilə etmək, geosiyasi intriqalar aparmağa cəhd edirlər”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi