14-08-2014 [01:25]
Kənd təsərrüfatı naziri Heydər Əsədovun Füzulinin icra başçısı Alı Alıyevi də iri məbləğdə mənimsəmə faktı ilə üzbəüz qoyması an məsələsidir.
Bu barədə
Mia.az-a daxil olan rəsmi
məlumata görə, şəxsən nazir Heydər Əsədovun göstərişiylə
Azərbaycanın 58 rayonunda
buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti
hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üzrə seçmə
üsulu ilə monitorinqlər aparılıb. Əldə olunan korrupsiya faktlarının bir hissəsi artıq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edilib və cinayət işi açılıb.
Mia.az-a bu barədə Kənd
Təsərrüfatı Nazirliyindən adının çəkilməsini istəməyən şəxs tərəfindən verilən
məlumata görə, Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyin bir neçə rayon üzrə Baş Prokurorluğa üz tutması davamlı xarakter ala bilər: «Artıq nazirliyin mütəxəssisləri rayonlar üzrə apardıqları monitorinq nəticəsində əldə etdikləri
ciddi korrupsiya faktlarını
təftiş edirlər. Bu zaman aydın olub ki, əksər rayonlarda icra başçıları yerli icra nümayəndələri və bələdiyyələrdən ibarət olan komissiyaların vasitəsilə büdcə vəsaitlərinin talanmasına zəmin yaradıblar. Onu
da deyim ki, bəzi icra başçıları
indidən məsuliyyətdən yayınmaq üçün günahı icra nümayəndələrinin üzərinə atmağa çalışırlar».
Məlumatlı şəxs deyir ki, Heydər Əsədovun tabeliyində olan nazirliyin hədəfində olan rayonlardan biri də Füzuli rayonudur: «Nazir Heydər Əsədov «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəhbəri Əhməd Əhmədzadənin himayəsi altında olan sözügedən rayonun icra başçısı Alı Alıyevin
ciddi cəzalandırılması üçün aparılan monitorinqlərin nəticələrini təhlil ediblər. Aydın olub ki, Alı Alıyev
ərazisinin bir hissəsi işğal altında olan rayonda ölkənin kənd təsərrüfatı siyasətini kölgələyən çox ciddi qanunsuzluqlara yol verib. Onun Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan «Aqrolizinq» ASC-nin Füzuli rayon şöbəsinə ayrılmış texnikadan tutmuş, müxtəlif
mənşəli gübrələrə qədər hər şeyə şəxsən nəzarət etməklə yanaşı, şöbənin fəaliyyətini də iflic edib.
İcra başçısı bununla da yetinməyib, onun buğda əkini üçün ayrılmış subsidiyaların
talan edilməsinə zəmin yaratması Heydər Əsədovun əsəblərini tarıma çəkib».
Mia.az xəbər verir ki, Alı Alıyev
və onun aqrar məsələlər üzrə müavininin rəhbərliyi ilə Nazirlər Kabinetinin
2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə yaradılmış Respublika
Komissiyasının 2014-cü il 8 aprel tarixli qərarına uyğun olaraq, 2013-cü ilin
payızında buğda istehsalçılarının maddi marağının artırılması və buğda
istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına
verilmiş yardımların istifadə vəziyyətini əks etdirən rəsmi sənədləri şişirdilmiş
rəqəmlərlə nazirliyə təqdim ediblər: "01 dekabr 2013-cü ildə tərtib olunmuş həmin
sənədlərin ilkin təftişi zamanı isə Füzuli rayonunda ən azı 300 min manata yaxın
büdcə vəsaitinin talan edildiyi və ya rayon rəhbərliyi tərəfindən mənimsənilməsi
istiqamətində ciddi şübhələr var. Hazırda bununla bağlı araşdırma davam edir».
Mia.az-a verilən məlumata görə, Füzuli rayonunda seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"nın tələblərinə əməl olunmadığı müəyyən edilib: «Əgər bu sənədlər Baş Prokurorluğa təqdim olunarsa, Alı Qocayevin 38 kənd və şəhərciklər üzrə icra nümayəndəsi və bələdiyyə sədrinin bəzilərinin yolu prokurorluğun dəhlizlərinə düşə bilər».
Məlumatlı şəxs deyir ki, araşdırma zamanı Füzulidə buğda istehsalçılarının siyahıya alınmasını, hektarların müəyyənləşməsi proseslərini həyata keçirən icra başçısının kəndlər üzrə icra nümayəndələrini və digər vəzifəli şəxsləri ciddi rəqəm şişirtmələrinə yol veriblər: «Füzulidə 38 kənd və dövlət proqramına uyğun olaraq salınmış qəsəbələr daxil ərazi komissiyaları üzrə 01 dekabr 2103-cü il tarixinə buğda səpini aparmış istehsalçıların sayı və onlara verilən yardımın məbləğləri ilə bağlı rəsmi sənədlərə diqqət edəndə görünür ki, icra nümayəndələrinin əliylə Alı Alıyev 725 min 360 manat 40 qəpiklik «əməliyyat» həyata keçirib».
Siyahı və ayrılan məbləğlə bağlı Mia.az-ın araşdırması zamanı ortaya daha bir maraqlı fakt çıxıb: "Füzulidə adına iri məbləğdə yardım yazılmış elə kəndlər olub ki, orada adına pay torpağı olan şəxs nəinki buğda səpini aparıb, ümumiyyətlə, digər "yardım paketi”nə daxil olan heç bir məhsul əkilməyib. Bundan əlavə, buğda əkini sahələrinin hektarları da ciddi şəkildə artırılıb. Nəticədə isə prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafını stimullaşdırmaq məqsədiylə ayırdığı vəsaitlərin bir qismi mənimsənilib. Məsələnin ən maraqlı tərəflərindən biri də odur ki, rəsmi statistikaya görə, yaşlı, uşaq daxil 124 min əhalisi olan rayonun 55038 nəfər sakini Bakı, Sumqayıt və respublikanın digər şəhər və rayonlarında məcburi köçkün kimi müvəqqəti məskunlaşıb. Lakin Alı Alıyev və onun yerli icra nümayəndələri Bakı və Sumqayıtda yaşayan və faktiki bu şəhərlərdə işləyənlərin adlarına saxta hektarlar yazaraq, pul silməkdən çəkinməyiblər. Elə buna görə də, icra başçısı Alı Alıyevin 18 min 134 hektar payızlıq buğda səpininə görə rayona ayrılmış 725.360.40 manat pulun müqabilində rayonda nə qədər buğda istehsal edilməsinin ört-basdır etməsi də səbəbsiz deyil…».
Məlumatda Alı Alıyevin
«Aqrolizinq» ASC-nin yerli şöbəsinin vasitəsiylə hansı qanunsuzluqlar etməsi
haqda da söz açılıb.
Çox təəssüf ki, bu və ya digər
faktlarla bağlı icra başçısı Alı Alıyevin mövqeyini öyrənə bilmədik. Qarşı
tərəfin mövqeyini dinləməyə hazırıq.
Araşdırmalarımız olacaq!
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi