Mikayıl Cabbarov tələbələrlə görüşdü

img

13-08-2014 [16:25]


Təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin növbəti qrupu ilə görüşüb. 

Təhsil Nazirliyindən verilən xəbərə görə, görüş zamanı nazir tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb və Azərbaycanın gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, Türkiyə, İsveçrə, Kanada, Macarıstan, ABŞ, İtaliya, İsveçrə və İsveçdə bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Corc Vaşinqton, Corctaun, Upsala, London İqtisadiyyat Məktəbi, Toronto kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır. Hazırda 2014-2015-ci tədris ili üçün xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində müsahibələr davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA