Gədəbəyin icra başçısından narazılıq artır

img

13-08-2014 [13:22]


«Ramiz Yediyarov biz gədəbəyliləri adam yerinə qoymur. Yeganə dolanışıq yerimizh əkin-biçindir. Başçı bu əkin-biçinə də şərik olub».

 Bu sözlər bir qrup Gədəbəy sakininin rayon icra hakimiyyətinin başçısından giley-güzarla dolu olan şikayət məktubundandır. Narazı vətəndaşlar dia.az-a ünvanladıqları müraciətlərində bildirirlər ki, Ramiz Yediyarovun adamları məhsullarını tarladan yığmamış başlarının üstünü kəsdirirlər:

«Biz yazıq adamlarıq. Başqa ümidimiz yoxdur. Nədi-nədi hektara görə, 80 manat pul veriblər. İndi Yediyarovun adamları dirəşib ki, məhsulumuzu onun adamlarına satmalıyıq. Bakıya tək-tük mal aparanlar var. Onlar yaxşı pul qazanırlar. Amma yiyəsi olmayanlar məcburdurlar ki, Bakıdakı qiymətlərdən 20 dəfə aşağı qiymətə Yediyarovun adamlarına öz məhsulunu satsın».

Vətəndaşlar yazır ki, bununla bağlı kənd təsərrüfatı nazirliyinə də şikayət ediblər: «Amma bizi eşidən yoxdur. Nazir Heydər Əsədov ayrı yerdə kənd təsərrüfatının inkişafından danışır. Biz xahiş edirik ki, danışanda Gədəbəyin adını çəkməsin. Çünki Yediyarov nə qədər ki, bu rayonda başçıdır, rayonu yeyəcək. Ya bizi bu başçının əlindən alsın, ya da Gədəbəy adlı rayonun təsərrüfatının olmadığını dəftərinin bir kənarına yazsın».

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA