13-08-2014 [13:12]
"Naməlum qapıçı”
Sevdikləri ilə ailə qura bilməyənlərə həsr olunur
Ağ xalatlı laborant qadınlar yük maşınlarının üstündə qurulmuş səyyar laboratoriyada şərabın dərəcəsini ölçürdülər. Onlar öz rollarını çox mahir oynayırdılar. Kənara, tanış adamların üzünə baxmırdılar. Sifətlərində ciddi işgüzar ifadə olurdu. Əslində isə şərab zavodunda yerləşən laboratoriyada, əsl iş yerində adi günlərdə onların səslərindən, qəhqəhələrindən qulaq tutulurdu. Şüşə bankada evdən gətirdikləri yeməkləri günorta qızdırıb yeyəndə ağızlarına gələni, məsələn, dünən necə, hansı böyrü üstə yatdıqları haqqında danışırdılar. Qoca işçilərlə, zavodun gözətçisi, montyoru ilə açıq-saçıq zarafatlar edirdilər...
Uşaq idman məktəbinin balaca pəhləvanları bir-birlərini tribunanın qarşısına döşənmiş tatamilərə çırpırdılar. Onların belində banka izləri olurdu. Nədənsə balaca pəhləvanlar bayramdan qabaq xəstələnirdilər. Özfəaliyyət kollektivləri gülməli və kədərli qabiliyyətlərini nümayiş etdirirdilər. Rəqs edənlərin paltarlarından rütubət iyi gəlirdi. Rayon Mədəniyyət evinin müğənniləri mahnı oxuyurdular. Dram teatrının aktyorları müxtəlif tamaşalardan səhnəciklər göstərirdilər. Sovxoz və kolxozların rəhbərləri, kəndlilər öz məhsullarını tərifləyirdilər. Mən Məhsul Bayramını belə xatırlayıram. Bu bayram heç bir bayrama bənzəmirdi. Məhsul Bayramı günü bizə evdən pulu 1 may bayramından fərqli olaraq çox həvəssiz verirdilər. Bir məqam da yadıma düşdü, kənddən rayona gəlmiş uşaqlar elə hey dondurma yeyirdilər. Onlar dondurmanı dişləyib yeyirdilər. Mən o vaxt dondurmanı dişləyib yeyə bilmirdim, ancaq yalayırdım. Onların dondurmanı dişləyib yeməsi o vaxtlar mənimçün xeyli maraqlı mənzərə idi...
Axşam biz rayon stadionuna gedirdik. Məhsul bayramının reytinqini qaldırmaq üçün başqa yerdən rayona gəlmiş komandanın yerli komanda ilə oyunu olurdu. Biz bu əhəmiyyətsiz oyuna həyati vacib bir oyun kimi baxırdıq. Oyunu uzun müddət müzakirə edirdik. Həyəcan keçirirdik oyun zamanı. Bir vedrə tum çırtlayırdıq. Dişimiz, barmaqlarımız qap-qara olurdu. Əyalət onsuz da əyalətdi... Adətən belə oyunlarda hesab çox vaxt heç-heçə başa çatırdı. Qonaq komandanın oyunçuları oyuna yox, kefə gəlirdilər. Yeyib-içib qayıdırdılar. Həyəcanlanmaq, danışmaq, qışqırmaq bizim özümüzə qalırdı. Məhsul bayramı günü rayon stadionunda kənardan gəlmiş komandalarla keçirilən oyunlarda nizam-intizam zəif olurdu. Kim harda istəyirdi, dayanırdı. Hərə meydana bir paltarda çıxırdı. Bu, oyundan daha çox, karnavala oxşayırdı. Rayon komandasının oyunçularının çoxunu tanıyırdım. Onlardan biri mənim qarmon müəllimim idi. Biri bizim məktəbdə idman müəllimi, bir başqası avtovağzalda kassir, tamam başqası isə məişət evində dəllək işləyirdi. Özləri üçün boş vaxtlarında futbol oynayırdılar. Adını qoymuşdular futbol komandası.
Həmin gün, əgər yaddaşım məni aldatmırsa, Sumqayıtın "Çinar" komandası rayona qonaq gəlmişdi. Qonaq komandanın heyətində 46 yaşlı bir oyunçu vardı. Bu, dəqiq yadımdadı. Biz hakimi söyürdük. Kişilər dayanmadan siqaret çəkirdilər. Söyüş, məsləhət, qəhqəhə, hədə-qorxu, fit, qışqırıq... Müxtəlif səslər və müxtəlif hisslər bir-birinə qarışmışdı. Mən indi o cür oyuna baxıb ancaq gülə bilərəm. Nə etməli, o vaxt başqa cürə idim. Nə vaxt və harda; əlbəttə ki bu ciddi söhbətdi. Bəyəm, keçirdiyimiz ən şiddətli iztirablara görə bir müddət keçəndən sonra təəssüf etmirikmi?
Birinci hissənin əvvəlində qonaq komandanın hücuma keçmiş oyunçusu uzaqdan qapımıza tərəf çox güclü bir zərbə vurdu. Qapıçı etika naminə topa sarı tullandı. Topu tuta bilmədi. Top qapının üstündən keçdi. Qapıya girmədi. Amma uzun müddət müzakirə olunan bir hadisə baş verdi. Yuxarıda dediyim kimi, belə oyunlarda nizam-intizam zəif olurdu. Hakimi vecinə alan olmurdu. Qonaq komandanın oyunçusu qapımıza güclü zərbə vuranda qapının arxasında bir adam, əli cibində, avaralanırdı. Bu adam qapının üstündən gələn topu görəndə heyrət doğuracaq bir cəldliklə əllərini cibindən çıxarıb tullanaraq, rəğbət doğuracaq artistliklə topu tutub bağrına basdı. Bəli, bu hadisədən sonra aləm qarışdı. Bütün stadion qışqıraraq rayon komandasının məşqçisindən tələb etməyə başladı ki, əsl qapıçını oyundan çıxarıb, qapının arxasında avaralanan adamı ora qoysun. Bu, cığallıqdan, macərapərəstlikdən, avantüradan, şitlikdən doğan tələb deyildi. Adamlar doğrudan da o adamın əsl qapıçıdan qapını daha yaxşı qoruyacağına inanırdılar. Amma məşqçi adamların tələbini vecinə almadı. Qapının arxasında avaralanan adamı ordan qovdurdu. Həmin oyun ənənəyə uyğun olaraq heç-heçə başa çatdı. Stadionu tərk edən adamların fikri isə qəti idi. Əgər məşqçi əsl qapıçını çıxarıb qapının arxasında topu tutan adamı ora qoysaydı, iki top buraxmazdıq - hər kəs belə düşünürdü. Məşqçini söyürdülər, lənətləyirdilər. Hətta bəziləri deyirdi ki, bizimkilər oyunu satıb. Mən özüm də onlar kimi düşünürdüm. Əgər məşqçi vaxtında əsl qapıçını çıxarıb naməlum qapıçını qapıya qoysaydı qapımızdan iki top keçməzdi.
* * *
2000-ci il. Bayıl hospitalı. Dizenteriyadan müalicə olunuram. Əsgərlərin çoxu Güzdək və Qalada yerləşən hərbi hissələrdən hospitala gətirilib. Yeri gəlmişkən, o vaxt mənə çox böyük yaxşılıqlar etmiş Aynurə adlı tibb bacısına, polkovnik Alxasova hədsiz təşəkkürümü bildirirəm. Hardan bilmək olar, bəlkə onların yaxınlarından, onları tanıyanlardan kimsə bu hekayəni oxuyub təşəkkürümü çatdırdı....
Şöbədə müalicə olunanların arasında mənim bir həmyerlim də var idi . Biz axşamtərəfi balaca həyətə çıxanda siqaret çəkə-çəkə söhbət edirdik. Bazarın girəcəyində dilənən lal dilənçini, rayon dəlilərini, "N" küçəsinin dalaşqan uşaqlarını... xatırlayırdıq. Belə söhbətlərin birində biz məhsul bayramlarını xatırladıq. Söhbət hərləndi-fırlandı və birdən hər ikimiz rayon komandasının Sumqayıtın "Çinar" komandası ilə oyunu haqqında danışmağa başladıq. Uzun sözün qısası, həmyerlim dedi ki, əgər məşqçi qapının arxasında topu tutan adamı vaxtında qapıya qoysaydı, qapımızdan iki top keçməzdi...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi