Xaləddin İsgəndərovun “çadır siyasəti" - FOTOLAR-özəl

img

13-08-2014 [12:13]


Son dövrlər Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan narazılıqlar artıb. Mia.az-ın məlumatına görə, icra başçısı rayonda boş yer qoymayıb. Küçə və xiyabanların iş adamlarına satılması, hətta səkilərdə belə obyektlərin tikilməsi sakinlərin narazılığına səbəb olub. Başçının obyekt tikintisi ilə bağlı verdiyi qərarlar nəticəsində kütləvi ağac soyqırımına yol verilməsi isə daha ciddi səs-küy yaradıb.

Yəqin elə buna görə də Xaləddin İsgəndərov qanunsuz əməllərini ictimaiyyətdən gizlətmək üçün orjinal variant üzərində "baş sındırıb". Belə ki, icra başçısı uyğunsuz yerlərdə tikintiyə icazə verməsini gizlətməyim yeni üsulunu tapıb.

 Mia.az-ın əməkdaşlarının Binəqədi rayonu ərazisində araşdırma apardığı zaman bəzi maraqlı məqamı fortoaparatın yaddaşına köçürüblər. Araşdırma zamanı aydın olub ki, X.İsgəndərov Atatürk prospektində yolun kəsişməsində tikintiyə icazə verib. Amma hazırda orda hansı işlərin görüldüyü bilinmir. Çünki həmin ərazi çadırla örtülüb. Belə çıxır ki, X.İsgəndərov 21-əsrdə belə çadırdan örtük vasitəsi kimi istifadə edir.

Mia.az fotoları təqdim edir.

Xaləddin İsgəndərov qanunsuz tikinti biznesini çadır altında gizlədir


Xaləddin İsgəndərov qanunsuz tikinti biznesini çadır altında gizlədir

Xaləddin İsgəndərov qanunsuz tikinti biznesini çadır altında gizlədir



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA