13-08-2014 [11:15]
MIA xəbər verir ki, o, bu barədə Facebook hesabında məlumat yayıb: "2003-ildən hal-hazıra qədər Müsavat Partiyasının üzvü olduğumdan qürur hissi duyduğumu, bu andan etibarən Partiyada fəaliyyətimi dayandırdığımı bəyan edirəm. Partiya ilə əlaqələrimin yenidən qurulmasının mümkünlüyünü qurultayın qərarından asılı olacağını bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram".
Ancaq məsələnin başqa müstəvidə olduğu bildirilir. Müsavat Partiyasının rəhbər şəxslərinin iştirakı ilə ötən gün axşam saatlarında keçirilən iclasında qalmaqal baş verib. AzNews.az-ın məlumatına görə, iclasda Müsavat başqanının müşaviri Hüseyn Məlikin fəaliyyəti müzakirə mövzusu olub.
İclasda çıxış edən bəzi funksionerlər H. Məliki partiyanın nüfuzuna xələl gətirməkdə və qurumun qərarlarının əleyhinə addım atmaqda ittiham ediblər. Yığıncaqda H. Məlikin partiyanın müşaviri kimi fəaliyyəti mənfi dəyərləndirilərək, onun bu postdan çıxarılmasına dair xüsusi qərar verilib.
Partiya başqanı İsa Qəmbər H. Məlikin Müsavat üzvülüyündən çıxarılıb-çıxarılmaması məsələsini Divanın səlahiyyətinə verib.
İclasda bəzi funksionerlər isə H. Məlikin partiyadan çmıxarılmasını təklif ediblər. Lakin bu təklif hələ ki, qəbul olunmayıb.
Onu da qeyd edək ki, H. Məlikə yönələn təzyiqlərə əsas səbəb kimi onun AXCP ilə yaxın əməkdaşlıq etməsi olub.
***
Dünən Müsavat partiyasının sıralarından istefa verən Hüseyn Məlik istefasının səbəblərini açıqlamaq istəmir. Teleqraf.com-un əməkdaşı ilə söhbəti zamanı uzun illər siyasətdə olan Məlik istefası haqda danışmaqdan imtina edib. Deyib ki, şəxsi qərarına uyğun olaraq bu haqda danışmaq niyyətində deyil: "Hələlik vəziyyəti müşahidə edirəm. Görüm kim nə deyir”. Müşavirlikdən azad edilməsi haqda İsa Qəmbərin qərarına gəldikdə Hüseyn Məlik bildirib ki, bunu istefa verdikdən sonra eşidib: "Axşam saatlarında eşitdim. Ancaq mən bundan bir neçə saat əvvəl istefa vermişdim. Odur ki, istefadan sonra partiyada hansısa addımın atılması, sərəncam verilməsi elə də əhəmiyyətli deyil. Bu istefadan sonra baş verib”. İstefası haqqında danışmamaqda israr nümayiş etdirən Hüseyn Məlik söyləyib ki, istefası təsadüfən və qəfil olmayıb: "Amma səbəbi demirəm. Mən həmişə demişəm ki, siyasi karyeram İsa Qəmbərlə bağlıdır”. Sabiq müşavir deyib ki, istefasından sonra yüzlərlə müsavatçı onunla əlaqə saxlayır, telefonu bir an belə boş durmur: "Telefonum dayanmır. Yüzlərlə müsavatçı dostlarım zəng edir. İstefa qəfil olduğu üçün hamı şokdadır. Amma mənə görə, bu istefam qəfildən olmayıb”. Hüseyn Məlik əlavə edib ki, Müsavatdan istefa versə də, fəaliyyətsiz qala bilməz: "Mən 1988-ci ildən bu günə qədər fəaliyyət göstərmişəm: "Mən hərəkatçı adamam, meydanlarda olmuşam, bundan sonra da meydanlarda olacağam. Partiya üzvü olsam da, olmasam da meydanlarda olacağam. Ancaq gələcək fəaliyyətimlə bağlı qərar verməmişəm”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi