Sumqayıtda polis RÜSVAYÇILIĞI: "Nə şəhid? Bizə şəhid lazımdır?"

img

12-08-2014 [23:48]


Azərbaycan Premyer Liqasının 2014/15-ci il mövsümünün 1-ci turu çərçivəsində Sumqayıtda keçirilən "Sumqayıt" - "Qarabağ" matçında sözün əsl mənasında rüsvayçılıq yaşanıb. Söhbət heç də "Qarabağ"ın legioner limitini pozmasından getmir.

Rekord.azxəbər verir ki, komandalarını dəstəkləmək üçün Sumqayıta gələn bir qrup "Qarabağ" azarkeşi əllərində"Şəhidlər ölməz, vətən bölünməz"pankartını da stadiona keçirmək istəyiblər.

Bu pankartı tribunadan asmaq niyyətində olan "Qarabağ" fanatları bununla da son günlər cəbhə xəttində gedən döyüşlərdə şəhid olan əsgərlərimizin ruhuna ehtiramlarını ifadə etmək istəyiblər. Lakin Sumqayıt polisi anormal addım ataraq, bu pankartı tribunaya keçirməyə icazə verməyib. Bu zaman isə azarkeşlərlə polislər arasında mübahisə yaranıb. Azarkeşlər bildiriblər ki, onlar vətən uğrunda şəhid olan əsgərlərimizin ruhu naminə bu pankartı hazırlayıblar. Lakin Sumqayıt polisinin buna cavabı rüsvayçı olub:"Nə şəhid? Bizə şəhid lazımdır? Sizə dedilər ki, yığışdırın bu plakatı".

Həqiqətən də, ölkə başçısının şəxsən cəbhə bölgəsini, səngərdə dayanan əsgərlərimizi ziyarət etməsi, şəhid olan əsgərimizə verdiyi qiymət, onların ailələrinə göstərdiyi dəstək fonunda, Sumqayıt polisinin şəhidlərimizin ruhunu bu formada təhqir etməsi əsl rüsvayçılıqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA