“Arzularını Azərbaycanda yaşa” yay universiteti keçirilir

img

12-08-2014 [18:33]


Gənclər və İdman Nazirliyinin dəstəyi, "Avropa Tələbələr Forumu-Bakı" İctimai Birliyinin (AEGEE-Bakı) təşkilatçılığı ilə 1 - 15 avqust 2014-cü il tarixlərdə Azərbaycanda "Arzularınız Azərbaycanda yaşa” beynəlxalq yay universiteti keçirilir.


Birlikdən Mia.az-a daxil olan məlumata görə, yay universitetində Avropanın 15 ölkəsindən 27 nəfər əcnəbi tələbə iştirak edir:

 

"Layihənin əsas məqsədi Azərbaycanda turizmin inkişafında, beynəlxalq aləmdə tanıdılmasında və eyni zamanda yerli ictimaiyyətdə marağın yaradılmasına təkan vermək və Azərbaycan xalqının tarixi etnoqrafiyası haqqında məlumatlandırmanın aparılması.


Tədbir müddətində Azərbaycana dəvət olunan əcnəbi gənclər bir neçə regiona həmçinin Gəncə şəhərinə səfər edəcəklər. Qonaqların, həmçinin bir sıra tarixi yerlərə ekskursiyaları təşkil olunacaqdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA