12-08-2014 [18:01]
Bu gün Prezident İlham Əliyev bir qanun təsdiqləyib, bir fərman verib.
Mia.az həmin sənədləri olduğu kimi təqdim edir:
"Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015
IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1.
Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Balıqçılıq haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. "Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin
ikinci hissəsinə uyğun olaraq, balıqçılıq subyektlərinin uçotunun formasını və
aparılması qaydalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun 9-cu maddəsinin altıncı hissəsinə uyğun olaraq, balıq və
digər su bioresursları ovunun qaydalarını dörd ay müddətində Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.5. həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə uyğun
olaraq, akvakulturanın həyata keçirilməsi qaydasını dörd ay müddətində
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.6. həmin Qanunun 12-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində nəzərdə
tutulmuş bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu
məbləğinin müəyyən edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.7. həmin Qanunun 19-cu maddəsinin yeddinci hissəsinə uyğun olaraq, təbii
balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin
və hibrid formalarının buraxılması hallarını və qaydasını üç ay müddətində
müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.8. həmin Qanunun 19-cu maddəsinin doqquzuncu hissəsinə uyğun olaraq, balıq və
digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin
daşınması qaydalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.9. həmin Qanunun 28-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, balıqçılıq
təsərrüfatı ekspertizasının aparılması qaydasını dörd ay müddətində müəyyən
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.10. həmin Qanunun 30-cu maddəsinin üçüncü hissəsinə uyğun olaraq, su mühafizə
zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının
xüsusi mühafizə rejiminin tətbiq edilməsi qaydasını üç ay müddətində müəyyən
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.11. həmin Qanunun 33-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, su
bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında əsasnamənin
layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.12. həmin Qanunun 35-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, akvakultura
ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq edilən vergi azadolmalarının
və güzəştlərinin müəyyən edilməsi ilə bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.13. həmin Qanunun 5-ci maddəsinin birinci hissəsində, 13-cü maddəsinin
dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanlarının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə
təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.14. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
"Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.15. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların
"Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin
edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. "Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin
beşinci hissəsinin dördüncü abzasında və 33-cü maddəsinin ikinci hissəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin üçüncü,
altıncı, yeddinci, səkkizinci, doqquzuncu və on birinci hissələrində, 11-ci
maddəsinin beşinci və altıncı hissələrində, 12-ci maddəsinin birinci hissəsinin
ikinci cümləsində, ikinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin
ikinci cümləsində, altıncı və yeddinci hissələrində, 19-cu maddəsinin yeddinci
və doqquzuncu hissələrində, 21-ci maddəsinin beşinci hissəsinin altıncı
abzasında, 22 ci maddəsinin ikinci hissəsinin beşinci abzasında, 28-ci
maddəsinin üçüncü hissəsində və 30-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
3.3. həmin Qanunun 9-cu maddəsinin dördüncü hissəsində, 12-ci maddəsinin
beşinci, doqquzuncu və onuncu hissələrində, 18-ci maddəsinin üçüncü hissəsində,
19-cu maddəsinin beşinci, onuncu və on birinci hissələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
4. "Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun:
4.1. 9-cu maddəsinin üçüncü, yeddinci, səkkizinci, doqquzuncu və on birinci
hissələrində, 11-ci maddəsinin beşinci və altıncı hissələrində, 21-ci
maddəsinin beşinci hissəsinin altıncı abzasında nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi
məqsədi ilə, bu Fərmanın 1.4-cü bəndində göstərilən qaydalar aşağıdakıları əks
etdirməlidir:
4.1.1. balıqovlama biletinin formasını və verilmə qaydasını;
4.1.2. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər
su bioresurslarının ovuna icazə verilməsi hallarını və qaydasını;
4.1.3. ovlanması nəzərdə tutulan balıq və digər su bioresursları növlərini;
4.1.4. balıq və digər su bioresursları ovunun yol verilən ümumi miqdarını
(kvotasını);
4.1.5. balıq və digər su bioresurslarının ovu üçün kvotaların balıqçılıq
subyektləri arasında bölünmə qaydasını;
4.1.6. idman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və
digər su bioresurslarının miqdarının və ölçülərinin məhdudlaşdırılması
hallarını və qaydasını;
4.1.7. idman və həvəskar ov nəticəsində ovlanan balıq və digər su
bioresurslarının məskunlaşdığı mühitə qaytarılması qaydasını;
4.1.8. balıq və digər su bioresursları ovunun məhdudlaşdırılması,
dayandırılması və ya ona xitam verilməsi hallarını və qaydasını;
4.2. 12-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin
ikinci cümləsində, altıncı və yeddinci hissələrində, 22-ci maddəsinin ikinci
hissəsinin beşinci abzasında nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi
ilə, bu Fərmanın 1.5-ci bəndində göstərilən qayda aşağıdakıları əks
etdirməlidir:
4.2.1. bioloji və texnoloji əsaslandırmanın qeydiyyata alınması qaydasını;
4.2.2. bioloji və texnoloji əsaslandırmanın nümunəvi formasını və şərtlərini;
4.2.3. akvakultura növlərinin, obyektlərinin, təsərrüfatlarının,
infrastrukturunun və akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan
xüsusi qurğuların və texnologiyaların təsnifatını;
4.2.4. akvakultura subyektlərinin bioloji və texnoloji əsaslandırma
hazırlamaqdan azad edilməsi qaydasını;
4.2.5. akvakultura təsərrüfatının fəaliyyətinin məhdudlaşdırılması,
dayandırılması və ya ona xitam verilməsi hallarını və qaydasını.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
*****
"Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini
rəhbər tutaraq qərara alır:
"Balıqçılıq haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə
362; 2002, № 5, maddə 241; 2004, № 2, maddə 57; 2007, № 10, maddə 938)
aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulada
"balıqçılığın” sözündən sonra ", o cümlədən akvakulturanın” sözləri əlavə
edilsin, " və balıq ehtiyatlarının” sözləri "balıq və digər su
bioresurslarının” sözləri ilə əvəz edilsin;
2. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 1. Əsas terminlər və anlayışlar
Bu Qanunda istifadə edilən terminlər və anlayışlar aşağıdakı mənaları ifadə
edir:
balıqçılıq - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının
artırılması, yetişdirilməsi, bərpası, istifadəsi, mühafizəsi və faydalı
əlamətlərinin yaxşılaşdırılmasına yönələn bioloji, biotexniki, texnoloji və
təşkilati tədbirlər sistemi;
balıqçılıq su obyektləri - balıq və digər su bioresurslarının artırılması,
yetişdirilməsi, bərpası, ovlanması, toplanması və akvakultura üçün istifadə
edilən təbii və ya süni yaradılmış su hövzələri;
balıq və digər su bioresursları - balıqçılıq su obyektlərində məskunlaşan,
istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq,
digər su heyvanları və bitkilərinin, onların məhsullarının, o cümlədən
kürülərinin və sürfələrinin, toxumlarının mütləq kütləsi;
balıqartırma - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının
süni yolla artırılması, yetişdirilməsi və bərpası üzrə fəaliyyət;
balıqyetişdirmə - süni yaradılmış balıqçılıq su obyektlərində mayalanmış balıq
kürüsünün inkubasiyası, körpə balıqların və digər su bioresurslarının
bəslənməsi və yetişdirilməsi;
balıq və digər su bioresurslarının bərpası - balıqçılıq su obyektlərində balıq
və digər su bioresurslarının təbii ehtiyatlarının tükənməsinin qarşısını almağa
yönələn tədbirlər;
akvakultura - balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli
kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə
balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və
rekreasiya üzrə fəaliyyət;
balıqmühafizə - təbii balıqçılıq su obyektlərində balıq və digər su
bioresurslarının qorunmasına, onların ovunun tənzimlənməsinə, bərpasına və
balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə nəzarət;
balıq məhsulu - balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş
və istehlaka yönəldilən balıqçılıq obyektləri;
balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti -
balıq və digər su bioresurslarının bəslənməsi, yetişdirilməsi, saxlanması üçün
xüsusi olaraq yaradılmış və tənzimlənən şəraitə malik nohurlar, hovuzlar, su
təchizatı sistemi olan sənaye qurğuları, göl və dəniz qəfəsləri,
balıqyetişdirməyə uyğunlaşdırılmış digər yerlər;
balıqçılıq təsərrüfatı meliorasiyası - balıq və digər su bioresurslarının
məhsuldarlığının artırılması məqsədilə balıqçılıq su obyektlərinin
çirklənməsinin, zibillənməsinin və lillənməsinin qarşısının alınmasına, sərt
gövdəli su bitkilərindən təmizlənməsinə, suların aerasiyası, habelə balıq və
digər su bioresurslarının məskunlaşdığı, qidalandığı, nəsil artırdığı, yetişdiyi
və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılmasına yönələn tədbirlər;
balıq və digər su bioresurslarının iqlimləşdirilməsi - balıq və digər su
bioresurslarının bu və ya digər növünün əvvəllər mövcud olmadığı balıqçılıq su
obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılması.”;
3. 2-ci maddə üzrə:
3.1. ikinci, üçüncü və dördüncü hissələrdə "və balıq ehtiyatlarının” sözləri ",
balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
3.2. ikinci hissədə "təbiəti mühafizə” sözləri "ətraf mühitin mühafizəsi, balıq
məhsulunun keyfiyyətinin idarə olunması” sözləri ilə əvəz edilsin;
3.3. üçüncü hissədə "müqavilələr, sazişlər, razılaşmalar” sözləri "beynəlxalq
müqavilələr” sözləri ilə əvəz edilsin;
3.4. dördüncü hissədə "dövlətlərarası müqavilələri və sazişləri, digər
beynəlxalq hüquq normaları” sözləri "tərəfdar çıxdığı beynəlxalq müqavilələr”
sözləri ilə əvəz edilsin;
4. 3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 3. Balıq və digər su bioresursları üzərində mülkiyyət
Balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola
bilər.
Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su
bioresursları Azərbaycan Respublikasına mənsubdur.
Bələdiyyə mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər
su bioresursları bələdiyyə mülkiyyətindədir.
Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan
balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə
məxsusdur.”;
5. 4-cü maddə üzrə:
5.1. adından və ikinci hissədən "fəaliyyətinin” sözü çıxarılsın;
5.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
"Ərzaq və xammal kimi istifadə edilə bilən və mühafizə olunan balıq və digər su
bioresursları, onların məhsulları balıqçılıq obyektləridir.”;
5.3. ikinci hissədə "balıq ehtiyatlarının” sözləri "balıqçılıq obyektlərinin”
sözləri ilə əvəz edilsin;
6. 5-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 5. Balıqçılıq subyektlərinin uçotu
Balıqçılıq subyektlərinin uçotu müvafiq icra hakimiyyəti orqanları tərəfindən
həyata keçirilir.
Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
7. 6-cı maddə üzrə:
7.1. adından "əhəmiyyətli” sözü çıxarılsın;
7.2. birinci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"Balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün
istifadə edilən aşağıdakı su hövzələri balıqçılıq su obyektləridir:”;
7.3. birinci hissənin üçüncü abzasında "və sututarlar” sözləri ", sututarlar, balıq
və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti” sözləri ilə
əvəz edilsin;
8. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 7. Balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsipləri
Balıqçılıq sahəsində dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslanır:
balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsinə dövlət
nəzarətinin həyata keçirilməsi;
balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin
hövzəçilik prinsipi əsasında idarə edilməsi;
balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsi;
balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsi;
balıqçılıq sahəsində idarəetmə funksiyaları ilə balıq və digər su
bioresurslarının istifadəsi funksiyalarının ayrılması;
balıq və digər su bioresurslarından istifadənin qanunla müəyyən edilən hallar
istisna olmaqla, ödənişli olması;
balıq və digər su bioresurslarının ov həcmi müəyyən edilərkən ekoloji, sosial,
iqtisadi amillərin, o cümlədən balıq məhsulunun istehsalı və satışı haqqında
məlumatların nəzərə alınması;
qiymətli balıq və digər su bioresursları növlərinin üstün mühafizə rejiminin
müəyyən edilməsi, onların ovunun məhdudlaşdırılması və ya qadağan edilməsi;
akvakulturanın davamlı inkişafı məqsədi ilə ekoloji, iqtisadi və sosial
maraqların elmi cəhətdən əsaslandırılmış uyğunluğunun təmin edilməsi;
akvakultura təsərrüfatının layihələndirilməsi və tikintisində balıqçılıq su
obyektləri sahələrinin qonşu ərazilərin təbii və sosial-iqtisadi xüsusiyyətləri
ilə uzlaşdırılması;
akvakultura təsərrüfatının yarada biləcəyi zərərli təsirlərin istisna
edilməsi.”;
9. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 8. Balıqçılıq sahəsində dövlətin vəzifələri
Balıqçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
balıqçılıq sahəsində dövlət siyasətini həyata keçirmək;
balıqçılıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;
balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək;
balıq və digər su bioresurslarının artırılması, bərpası, mühafizəsi,
iqlimləşdirilməsi, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı
monitorinqi, kadastrı və meliorasiyası işlərini təşkil etmək;
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir və nəsli
kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejimi
və xüsusi mühafizə olunan su sahələrini (akvatoriyalarını) müəyyən etmək;
balıqçılıq sahəsində texniki normativ hüquqi aktları, balıqçılığın inkişafının
elmi əsaslarını hazırlamaq və təsdiq etmək;
balıq və digər su bioresurslarının ovu və toplanmasının limitlərini
(kvotalarını) müəyyən etmək və tənzimlənməsini həyata keçirmək;
balıq və digər su bioresurslarının vəziyyətinə təsir edən müəssisələrin,
texniki qurğuların, digər su təsərrüfatı və energetika obyektlərinin tikintisi,
yenidən qurulması layihələrinin dövlət balıqçılıq təsərrüfatı ekspertizasının
keçirilməsini təşkil etmək;
balıqçılıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.”;
10. III fəslin adında "ehtiyatlarından” sözü "və digər su bioresurslarından”
sözləri ilə əvəz edilsin;
11. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 9. Balıq və digər su bioresurslarından istifadə formaları
Balıq və digər su bioresurslarından istifadə aşağıdakı formalarda həyata
keçirilir:
balıq və digər su bioresurslarının ovu və toplanması (bundan sonra balıq və
digər su bioresurslarının ovu);
akvakultura.
Balıq və digər su bioresurslarının ovu aşağıdakı məqsədlər üçün həyata
keçirilir:
balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu;
balıq və digər su bioresurslarının akvakultura üçün ovu;
balıq və digər su bioresurslarının elmi-tədqiqat, təhsil, maarifləndirmə və
nəzarət üçün ovu;
balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün ovu.
İdman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu,
forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən balıqovlama bileti əsasında həyata keçirilir.
Balıqovlama bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə
elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su
bioresurslarının ovu ödənişlidir.
Balıq və digər su bioresurslarının ovu müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su
bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən hallarda və qaydada icazə verilir.
Ovlanması nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Balıq və digər su bioresurslarının ovuna aşağıdakı kvota növləri tətbiq edilir:
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində
balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar;
başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu
üçün kvotalar;
elmi-tədqiqat və nəzarət məqsədilə balıq və digər su bioresurslarının ovu üçün
kvotalar;
təhsil və maarifləndirmə məqsədilə balıq və digər su bioresurslarının ovu üçün
kvotalar;
akvakultura məqsədilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;
balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su
obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar.
Balıq və digər su bioresurslarının ovu üçün kvotaların balıqçılıq subyektləri
arasında bölünmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.”;
12. 10-cu maddə üzrə:
12.1. adında "Sənaye balıq ovu” sözləri "Balıq və digər su bioresurslarının
sənaye ovu” sözləri ilə əvəz edilsin;
12.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
"Dövlət mülkiyyətində olan balıqçılıq su obyektləri və ya onların bir hissəsi,
Azərbaycan Respublikasının Su Məcəlləsində və su obyeklərindən istifadəyə dair
digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada balıq və digər su
bioresurslarının sənaye ovu üçün istifadəyə verilir.”;
12.3. ikinci, üçüncü, altıncı və yeddinci hissələrdə "Sənaye balıq ovu” sözləri
"Balıq və digər su bioresurslarının sənaye ovu” sözləri ilə əvəz edilsin ;
12.4. ikinci hissədə "ayrılmış” sözündən sonra "dövlət mülkiyyətində olan
balıqçılıq” sözləri, "zolaqlar” sözündən sonra "(vətəgə sahələri)” sözləri
əlavə edilsin;
12.5. dördüncü hissədə "balıqların” sözü "balıq və digər su bioresurslarının”
sözləri ilə əvəz edilsin, "balıq tutmaq üçün” sözləri çıxarılsın;
12.6. beşinci hissə ləğv edilsin;
12.7. altıncı hissədə "sututarlarından” sözü "balıqçılıq su obyektlərindən”
sözləri ilə əvəz edilsin;
12.8. yeddinci hissədə "təsdiq edilmiş təlimatlar” sözləri "müəyyən edilən
qaydalar” sözləri ilə əvəz edilsin;
13. 11-ci maddə üzrə:
13.1. adında, birinci, üçüncü, yeddinci və səkkizinci hissələrdə "İdman və
həvəskar balıq ovu” sözləri "Balıq və digər su bioresurslarının idman və
həvəskar ovu” sözləri ilə əvəz edilsin;
13.2. birinci hissədə "fərdi” sözü "şəxsi” sözü ilə, "balıq və digər su
heyvanlarının ovlanmasını” sözləri "ümumi istifadədə olan balıqçılıq su
obyektlərində sərbəst ov etməsini” sözləri ilə əvəz edilsin;
13.3. ikinci hissə aşağıdakı redaksiyada verilsin:
"Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna
olmaqla, digər balıqçılıq su obyektlərindən Azərbaycan Respublikasının Su
Məcəlləsinə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara
uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün
istifadə edilə bilər.”;
13.4. üçüncü hissədə "sututarların” sözü "mülkiyyətində olan balıqçılıq su
obyektlərinin” sözləri ilə əvəz edilsin;
13.5. dördüncü, beşinci və altıncı hissələr aşağıdakı redaksiyada verilsin:
"Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə
mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq
və digər su bioresurslarının idman və həvəskar ovu su obyektlərinin
istifadəçiləri və mülkiyyətçilərinin razılığı ilə həyata keçirilir.
İdman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su
bioresurslarının miqdarı və ölçüləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən hallarda və qaydada məhdudlaşdırıla bilər.
İdman və həvəskar ov nəticəsində ovlanan balıq və digər su bioresurslarının
məskunlaşdığı mühitə qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən qaydada həyata keçirilir.”;
13.6. yeddinci hissədə "su hövzələrində balıq ehtiyatlarının” sözləri
"balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının” sözləri ilə
əvəz edilsin;
13.7. səkkizinci hissənin əvvəlinə "Dövlət mülkiyyətində olan balıqçılıq su
obyektlərində” sözləri əlavə edilsin, "təsdiq edilmiş təlimatlar” sözləri
"müəyyən edilən qaydalar” sözləri ilə əvəz edilsin;
14. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 12. Akvakultura
Akvakultura balıqçılıq su obyektlərində bioloji və texnoloji əsaslandırma
əsasında həyata keçirilir. Akvakulturanın həyata keçirilməsi qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Balıqçılıq su obyektlərində akvakulturanın həyata keçirilməsi üçün akvakultura
subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırma müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyata alınır. Bioloji və
texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulur.
Bioloji və texnoloji əsaslandırmada akvakultura təsərrüfatının məqsədi,
yerləşmə sxemi, bu fəaliyyəti həyata keçirmək üçün tələb olunan və iqlimləşdirilən
balıq və digər su bioresurslarının növləri, onların bioloji xüsusiyyətləri və
əldə olunma mənbəyi, tətbiq olunacaq texnologiyalar və balıqçılıq meliorasiyası
işləri, balıq məhsulu istehsalının həcmi, istifadə ediləcək su obyektinin
xarakteristikası, obyektdəki suyun həcmi və balıq tutumu, enerji sərfiyyatı,
istifadə ediləcək yem növləri, tullantıların növləri və miqdarı əks etdirilir.
Bioloji və texnoloji əsaslandırmanın nümunəvi forması və şərtləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Akvakultura üçün bioloji və texnoloji əsaslandırma nərəkimilərə münasibətdə 25
illik, başqa növ balıq və digər su bioresurslarına münasibətdə isə 10 illik
müddətə hazırlanır.
Akvakulturanın istiqaməti dəyişdirildikdə, təsərrüfat yenidən qurulduqda və ya
genişləndirildikdə bioloji və texnoloji əsaslandırmaya müvafiq dəyişikliklər
edilir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
"Akvakultura növlərinin, obyektlərinin, təsərrüfatlarının, infrastrukturunun və
akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan xüsusi qurğuların və
texnologiyaların təsnifatı Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Akvakultura təsərüfatında istehsal edilən balıq məhsulunun ümumi həcmindən
asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
akvakultura subyektləri bioloji və texnoloji əsaslandırma hazırlamaqdan azad
edilirlər.
Əmtəə məhsulu istehsalı və rekreasiya məqsədilə törədici balıqların və onların
sürülərinin yaradılması, saxlanması, istifadəsi, uçotu akvakultura subyektləri
tərəfindən həyata keçirilir.
Balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici
balıqların və onların sürülərinin yaradılması, saxlanması və istifadəsi üzrə
texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilir.
Balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici
balıqların və onların sürülərinin uçotu müvafiq icra hakimiyyəti orqanı
tərəfindən aparılır.
Akvakultura üçün endemik, genetik modifikasiya olunmuş və toksik balıq və digər
su bioresurslarından istifadəyə yol verilmir.
Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq
kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.”;
15. 13-cü maddə üzrə:
15.1. dördüncü hissədə "Əməkdaşlıq müqavilələrində” sözləri "Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə” sözləri ilə əvəz
edilsin;
15.2. üçüncü və dördüncü hissələr müvafiq olaraq altıncı və yeddinci hissələr
hesab edilsin və aşağıdakı məzmunda üçüncü, dördüncü və beşinci hissələr əlavə
edilsin:
"Ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı
məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz
edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata
keçirilir.
Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr şəhərlərdə və Xəzər
dənizinin sahillərində balıq məhsullarının satışı üzrə ixtisaslaşdırılmış bazarların
təşkili üçün müvafiq torpaq sahələri ayırırlar.
İxtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
16. 14-cü maddənin adında, birinci və ikinci hissələrdə "ehtiyatlarından” sözü
"və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;
17. 15-ci maddə üzrə:
17.1. adından və birinci abzasdan "fəaliyyəti” sözü çıxarılsın;
17.2. dördüncü abzasda "balıq tingliyi” sözləri "balıqartırma” sözü ilə əvəz
edilsin;
17.3. beşinci abzasda "balıqçılıq” sözü "balıqovlama” sözü ilə əvəz edilsin;
17.4. beşinci və altıncı abzaslarda "balıq” sözündən sonra "və digər su
bioresurslarının” sözləri əlavə edilsin;
17.5. altıncı abzasdan "əhəmiyyətli” sözü çıxarılsın;
17.6. yeddinci abzasda "balıq yetişdirilməsi və ovlanması” sözləri
"akvakultura” sözü ilə əvəz edilsin;
17.7. səkkizinci abzas ləğv edilsin;
18. 16-cı maddə üzrə:
18.1. adında, birinci hissənin birinci, dördüncü və beşinci abzaslarında və
ikinci hissədə "ehtiyatlarından” sözü "və digər su bioresurslarından” sözləri
ilə əvəz edilsin;
18.2. birinci hissənin birinci abzasından "fəaliyyəti” sözü çıxarılsın;
18.3. birinci hissənin ikinci abzasında "ehtiyatlarının” sözü "və digər su
bioresurslarının” sözləri ilə əvəz edilsin;
18.4. birinci hissənin altıncı abzasında "təhkim edilmiş vətəgə sahələrində
təbiəti mühafizə və” sözləri "balıqçılıq su obyektlərində ətraf mühitin
mühafizəsi,” sözləri ilə əvəz edilsin;
18.5. birinci hissənin yeddinci abzasında "təhkim edilmiş vətəgə sahələri üzrə”
sözləri "balıqçılıq su obyektlərində” sözləri ilə əvəz edilsin;
19. 17-ci maddə üzrə:
19.1. adından və birinci abzasdan "fəaliyyəti” sözü çıxarılsın;
19.2. üçüncü abzasda "balıq ehtiyatlarından yalnız icazə sənədlərində” sözləri
"balıq və digər su bioresurslarından balıqovlama biletində, bioloji və
texnoloji əsaslandırmada” sözləri ilə əvəz edilsin;
19.3. dördüncü abzasda "ehtiyatlarının” sözü "və digər su bioresurslarının”
sözləri ilə əvəz edilsin, "yeni balıq” sözlərindən sonra "və digər su
bioresursları” sözləri əlavə edilsin, ", digər su heyvanları və bitkilərinin”
sözləri çıxarılsın;
19.4. beşinci abzasda "təbii su hövzələrində balıq ehtiyatlarının” sözləri
"balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının” sözləri ilə,
"balıqartırma və balıqtəsərrüfatı” sözləri "balıqçılıq təsərrüfatı” sözləri ilə
əvəz edilsin;
19.5. altıncı abzas aşağıdakı redaksiyada verilsin:
"balıqçılıq su obyektlərində suyun keyfiyyətinin müvafiq standartlara uyğun
olmasını təmin etmək;”;
19.6. yeddinci abzasdan "və digər su heyvanları” sözləri çıxarılsın;
19.7. doqquzuncu abzasda "baytarlıq” sözündən sonra ", fitosanitar” sözü əlavə
edilsin;
19.8. onuncu və on birinci abzaslar müvafiq olaraq on birinci və on ikinci
abzaslar hesab edilsin və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
"bioloji və texnoloji əsaslandırmada nəzərdə tutulmayan balıq və digər su
bioresursları növlərindən və balıq yemləri standartlarına uyğun olmayan
yemlərdən istifadə etməmək;”;
20. IV fəslin adında "ehtiyatlarının” sözü "və digər su bioresurslarının”
sözləri ilə əvəz edilsin;
21. 18-ci maddə üzrə:
21.1. adında "Su hövzələrində balıq ehtiyatlarının” sözləri "Balıq və digər su
bioresurslarının” sözləri ilə əvəz edilsin;
21.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
"Balıq və digər su bioresurslarının artırılması və bərpası balıqçılıq su
obyektlərində onların növlərinin təbii ehtiyatlarının qorunub saxlanması və
akvakulturanın inkişafının təmin edilməsi məqsədilə aparılır.”;
21.3. ikinci və beşinci hissələrdə "ehtiyatlarının” sözü "və digər su
bioresurslarının” sözləri ilə əvəz edilsin;
21.4. ikinci hissədə "icazəsi və” sözləri "müvafiq” sözü ilə, "xüsusi
texnologiyalar” sözləri "bioloji və texnoloji əsaslandırma” sözləri ilə əvəz
edilsin;
21.5. üçüncü hissədə "Qırmızı kitaba” sözləri "Azərbaycan Respublikasının
Qırmızı Kitabına” sözləri ilə əvəz edilsin, "vətəgə əhəmiyyətli” sözləri
çıxarılsın;
21.6. dördüncü hissədə "su hövzələrinə” sözləri "balıqçılıq su obyektlərinə”
sözləri ilə əvəz edilsin;
21.7. üçüncü, dördüncü və beşinci hissələr müvafiq olaraq dördüncü, beşinci və
altıncı hissələr hesab edilsin və aşağıdakı məzmunda üçüncü hissə əlavə
edilsin:
"Dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su
bioresurslarının artırılması və bərpası müvafiq icra hakimiyyəti orqanı ilə
bağlanan müqavilə əsasında həyata keçirilir.”;
22. 19-cu maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 19. Balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması
Balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədilə
balıqçılıq su obyektlərində balıqçılıq təsərrüfatı meliorasiyası, balıq və
digər su bioresurslarının iqlimləşdirilməsi həyata keçirilir.
Balıqçılıq təsərrüfatı meliorasiyası işləri ixtisaslaşdırılmış dövlət
balıqartırma müəssisələri və bu işlərin aparılması üçün müvafiq texniki
imkanları olan hüquqi və fiziki şəxslər tərəfindən bioloji və texnoloji
əsaslandırmaya uyğun olaraq həyata keçirilir.
Balıqçılıq təsərrüfatı meliorasiyası balıqçılıq su obyektlərinin hidroloji və
hidrokimyəvi rejimlərinin optimallaşdırılması, süni kürüləmə yerlərinin
salınması və qurulması, ötürücü kanalların və balıq buraxılışı qurğularının
tikilməsi, əhəmiyyətsiz növlərin sayının azaldılması, eləcə də balıq və digər
su bioresurslarının xammal bazasının formalaşdırılması üçün əlverişli şəraiti
təmin edən digər tədbirlər sayəsində həyata keçirilir.
Balıqçılıq təsərrüfatı meliorasiyası akvakultura subyektinin vəsaiti hesabına
aparılır.
Təbii balıqçılıq su obyektlərində balıqçılıq təsərrüfatı meliorasiyası müvafiq
icra hakimiyyəti orqanın nəzarəti altında həyata keçirilir.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsindən əvvəl iqlimləşdirilən
növlərin bioloji xarakteristikasını, balıqçılıq su obyektinin balıq qəbulu
tutumunu və iqlimləşdirilmənin iqtisadi səmərəsini əks etdirən göstəricilər
bioloji və texnoloji əsaslandırmaya daxil edilir.
Balıq və digər su bioresursları genofondunun mühafizəsi məqsədilə təbii
balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin
və hibrid formalarının buraxılması yalnız müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi hallarda və qaydada həyata keçirilə bilər.
Balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının
akvakultura məqsədilə istifadəsi bioloji və texnoloji əsaslandırmaya uyğun
həyata keçirilir.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə
obyektlərinin daşınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən qaydalara uyğun olaraq aparılır.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə nəzarət müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Balıqçılıq təsərrüfatı meliorasiyası, balıq və digər su bioresurslarının
iqlimləşdirilməsi işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının qəbul
etdiyi texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.”;
23. 20-ci maddə üzrə:
23.1. adında və birinci hissədə "xidməti” sözü "və akvakultura xidmətləri”
sözləri ilə əvəz edilsin;
23.2. birinci hissədən "əhəmiyyətli” və "habelə” sözləri çıxarılsın,
"ehtiyatlarının” sözü "və digər su bioresurslarının” sözləri ilə, "və balıq
ovu” sözləri ", balıq və digər su bioresurslarının ovu və akvakultura” sözləri
ilə əvəz edilsin;
23.3. ikinci hissədə "xidmətinin” sözü "və akvakultura xidmətlərinin” sözləri
ilə əvəz edilsin;
24. 21-ci maddə üzrə:
24.1. adında "hüquqları” sözü "hüquq və vəzifələri” sözləri ilə əvəz edilsin;
24.2. birinci hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"balıqçılıq subyektlərinin balıq və digər su bioresurslarının ovu üçün verilmiş
balıqovlama biletini, onların fəaliyyətinin balıqovlama biletində müəyyən
edilən şərtlərə uyğunluğunu yoxlamaq, balıqovlama biletində müəyyən edilən
şərtlərin pozulması və ya balıqovlama bileti olmadan fəaliyyət göstərilməsi
hallarında bu Qanunda nəzərdə tutulmuş tədbirlər görmək;”;
24.3. birinci hissənin üçüncü abzasından "balıq” sözü çıxarılsın,
"qeyri-qanuni” sözlərindən əvvəl "balıq və digər su bioresurslarını” sözləri
əlavə edilsin;
24.4. birinci hissənin dördüncü abzasında "beynəlxalq sazişlərinin” sözləri
"tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin” sözləri ilə əvəz
edilsin, "balıq” sözündən sonra "və digər su bioresurslarının” sözləri əlavə
edilsin;
24.5. birinci hissənin beşinci abzasından "balıq” sözü çıxarılsın,
"qeyri-qanuni” sözlərindən əvvəl "balıq və digər su bioresurslarının” sözləri
əlavə edilsin;
24.6. birinci hissənin altıncı abzasında "ehtiyatlarının” sözü "və digər su
bioresurslarının” sözləri ilə əvəz edilsin;
24.7. birinci hissənin yeddinci abzasında "vətəgə əhəmiyyətli” sözləri
"balıqçılıq” sözü ilə, "obyektləri zonalarında” sözləri "obyektlərində” sözü
ilə əvəz edilsin;
24.8. birinci hissənin səkkizinci abzasında birinci halda "qanunvericiliklə
müəyyən edilmiş qaydada” sözləri və "və artırılması” sözləri çıxarılsın, "balıq
məhsulları istehsalı,” sözləri "balıq və digər su bioresurslarının” sözləri
ilə, "əhəmiyyətli su hövzələri” sözləri "su obyektləri” sözləri ilə əvəz
edilsin;
24.9. birinci hissənin doqquzuncu abzası onuncu abzas hesab edilsin və
aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
"balıq və digər su bioresurslarının ovu ilə məşğul olan fiziki və hüquqi
şəxslərə qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması
barədə icrası məcburi olan göstərişlər vermək;”;
24.10. ikinci hissədə "Qeyri-qanuni balıq ovu” sözləri "Balıq və digər su
bioresurslarının qeyri-qanuni ovu” sözləri ilə əvəz edilsin;
24.11. aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:
"Dövlət balıqmühafizə xidmətinin vəzifələri aşağıdakılardır:
balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin
mühafizəsini təmin etmək;
balıq və digər su bioresurslarının artırılması, bərpası, istifadəsi, mühafizəsi
və qorunması sahəsində hüquqpozmaların qarşısını almaq və onları aradan
qaldırmaq;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda inzibati xətalar
haqqında işlərə baxmaq və ya onları baxılması üçün məhkəməyə göndərmək;
balıqçılıq haqqında qanunvericiliyin pozulmasına yol verən şəxslərin
məsuliyyətə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada balıq və
digər su bioresurslarının ovunun məhdudlaşdırılması, dayandırılması və ya ona
xitam verilməsi üçün tədbirlər görmək.”;
25. 22-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 22. Dövlət akvakultura xidmətinin hüquq və vəzifələri
Dövlət akvakultura xidmətinin hüquqları aşağıdakılardır:
akvakultura təsərrüfatlarına xidməti vəsiqəni təqdim etməklə daxil olmaq və
balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsini yoxlamaq;
akvakultura subyektlərindən akvakultura üçün bioloji və texnoloji
əsaslandırmanı tələb etmək;
fəaliyyətin bioloji və texnoloji əsaslandırmanın tələblərinə uyğunluğunu
araşdırmaq;
akvakultura subyektlərinə qanunvericiliyin tələblərinin pozulması hallarının
aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqları
həyata keçirmək.
Dövlət akvakultura xidmətinin vəzifələri aşağıdakılardır:
akvakulturanın inkişafını təmin edən dövlət, regional və yerli proqramların
hazırlanmasında iştirak etmək;
akvakultura subyektlərinə bioloji və texnoloji əsaslandırmanın hazırlanması ilə
bağlı məsləhətlər vermək;
akvakultura subyektlərinin bu Qanunun tələblərinə uyğun fəaliyyət göstərməsinə
müvafiq köməklik göstərmək;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada
akvakultura subyektinin fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya
ona xitam verilməsi üçün tədbirlər görmək.”;
26. V fəslin adında "ehtiyatlarının” sözü "və digər su bioresurslarının”
sözləri ilə əvəz edilsin;
27. 23-cü maddə üzrə:
27.1. adında və birinci hissədə "ehtiyatlarının” sözü "və digər su
bioresurslarının” sözləri ilə əvəz edilsin;
27.2. birinci hissədə "məskunlaşdığı mühitə” sözlərindən sonra ", balıqçılıq su
obyektlərinə və sahilboyu zolaqlara (zonalara)” sözləri əlavə edilsin,
"istifadəsi ilə məşğul olan, habelə balıqçılıq əhəmiyyətli su obyektlərində və
sahilboyu zolaqlarda (zonalarda) fəaliyyət göstərən iş icraçıları balıq
ehtiyatlarının” sözləri "istifadəsini həyata keçirən hüquqi və fiziki şəxslər
balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
27.3. ikinci hissədə "balıq növlərinin və digər su heyvanları və bitkilərinin”
sözləri "növ balıq və digər su bioresurslarının” sözləri ilə, "əhəmiyyətli”
sözü "balıqçılıq” sözü ilə əvəz edilsin;
28. 24-cü maddə üzrə:
28.1. adından, birinci hissənin birinci abzasından və ikinci hissədən
"əhəmiyyətli” sözü çıxarılsın;
28.2. birinci hissənin dördüncü abzasında "sututarların” sözü "balıqçılıq su
obyektlərinin” sözləri ilə, "sututarlara” sözü "balıqçılıq su obyektlərinə”
sözləri ilə əvəz edilsin;
29. 25-ci maddənin adından, birinci və ikinci hissələrindən "əhəmiyyətli” sözü
çıxarılsın;
30. 26-cı maddə üzrə:
30.1. adında, ikinci və üçüncü hissələrdə "Su obyektlərinin” sözləri
"Balıqçılıq su obyektlərinin” sözləri ilə, "balıqtəsərrüfatı” sözü "balıqçılıq
təsərrüfatı” sözləri ilə əvəz edilsin;
30.2. birinci hissədə "Su obyektlərinin balıqtəsərrüfatı” sözləri "Balıqçılıq
təsərrüfatı” sözləri ilə , "əhəmiyyətli su hövzələrində” sözləri "su
obyektlərində” sözləri ilə əvəz edilsin;
30.3. ikinci hissədə "mühitin” sözündən sonra "və təbii ehtiyatların” sözləri
əlavə edilsin;
31. 27-ci maddə üzrə:
31.1. adında, birinci və ikinci hissələrdə "Su obyektlərinin” sözləri
"Balıqçılıq su obyektlərinin” sözləri ilə əvəz edilsin;
31.2. adında, birinci və ikinci hissələrdə "balıqtəsərrüfatı” sözü "balıqçılıq
təsərrüfatı” sözləri ilə əvəz edilsin;
31.3. birinci hissədən "əhəmiyyətli” sözü çıxarılsın, "balıq ehtiyatları”
sözləri "balıq və digər su bioresursları” sözləri ilə əvəz edilsin;
32. 28-ci maddə üzrə:
32.1. adında, birinci hissədə və ikinci hissənin birinci abzasında
"balıqtəsərrüfatı” sözü "balıqçılıq təsərrüfatı” sözləri ilə əvəz edilsin;
32.2. birinci hissədən və ikinci hissənin birinci abzasından "əhəmiyyətli” sözü
çıxarılsın;
32.3. birinci hissədən "layihə sənədlərinin” sözləri çıxarılsın;
32.4. ikinci hissənin üçüncü abzasında "su obyektlərində” sözlərindən əvvəl
"balıqçılıq” sözü əlavə edilsin;
32.5. ikinci hissənin yeddinci abzası səkkizinci abzas hesab edilsin və
aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
"akvakultura təsərrüfatlarının tikintisi və yenidən qurulması;”;
32.6. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
"Balıqçılıq təsərrüfatı ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada aparılır.”;
33. 29-cu maddə üzrə:
33.1. birinci hissənin birinci abzasından və ikinci hissədən "əhəmiyyətli” sözü
çıxarılsın;
33.2. birinci hissənin üçüncü, altıncı və yeddinci abzaslarında "balıq
ehtiyatlarının” sözləri "balıq və digər su bioresurslarının” sözləri ilə əvəz
edilsin;
34. 30-cu maddə üzrə:
34.1. üçüncü hissədə "su mühafizə zonaları və sahil mühafizə zolaqları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi
qorunan ərazi elan edilir” sözləri "su mühafizə zonalarında və sahil mühafizə
zolaqlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada balıq və
digər su bioresurslarının xüsusi mühafizə rejimi tətbiq edilir” sözləri ilə
əvəz edilsin;
34.2. dördüncü hissəyə "su obyektlərinin” sözlərindən əvvəl "balıqçılıq” sözü
əlavə edilsin;
35. 31-ci maddə üzrə:
35.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:
"balıq və digər su bioresurslarından istifadəyə ödəmələr, balıq və digər su
bioresurslarının qeyri-qanuni ovuna cərimələr”;
35.2. üçüncü və beşinci abzaslarda "ehtiyatlarının” sözü "və digər su
bioresurslarının” sözləri ilə əvəz edilsin;
35.3. dördüncü abzasda "ehtiyatlarına” sözü "və digər su bioresurslarına”
sözləri ilə əvəz edilsin;
35.4. beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda altıncı və yeddinci abzaslar əlavə edilsin:
"akvakulturanın iqtisadi stimullaşdırılması;
akvakultura məhsulunun rəqabət qabiliyyətini təmin etmək məqsədilə fiskal
siyasətin həyata keçirilməsi.”;
36. 32-ci maddə üzrə:
36.1. adı aşağıdakı redaksiyada verilsin:
"Balıq və digər su bioresurslarından istifadəyə ödəmələr və qeyri-qanuni ova
cərimələr”;
36.2. birinci hissədə "balıq ehtiyatlarından” sözləri "dövlət mülkiyyətində
olan təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından”
sözləri ilə əvəz edilsin;
36.3. ikinci, üçüncü, beşinci və altıncı hissələrdə "Balıq ehtiyatlarından”
sözləri "Dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və
digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;
36.4. ikinci hissədə "balıq ehtiyatlarından” sözləri "balıq və digər su
bioresurslarından” sözləri ilə əvəz edilsin;
36.5. ikinci və üçüncü hissələrdə "balıqların, digər su heyvanları və
bitkilərinin” sözləri "balıq və digər su bioresurslarının” sözləri ilə əvəz
edilsin;
36.6. üçüncü və altıncı hissələrdə "qeyri-qanuni balıq ovuna” sözləri "balıq və
digər su bioresurslarının qeyri-qanuni ovuna” sözləri ilə əvəz edilsin;
36.7. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
"Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə
mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq
və digər su bioresurslarından istifadəyə ödəmələr bu maddənin üçüncü hissəsində
göstərilənlər nəzərə alınmaqla həmin müqaviləyə uyğun həyata keçirilir.”;
36.8. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
"Bu Qanunun 32-ci maddəsi akvakultura təsərrüfatlarına şamil edilmir.”;
37. 33-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 33. Balıq və digər su bioresurslarının artırılmasının,
bərpasının, mühafizəsinin və balıqçılığın elmi
təminatının maliyyələşdirilməsi
Balıq və digər su bioresurslarının artırılmasının, bərpasının, mühafizəsinin,
balıqçılığın elmi təminatının və balıqçılıq sahəsində digər tədbirlərin, habelə
balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etmək
məqsədilə su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu
yaradılır.
Fond müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır və fəaliyyəti həmin
orqan tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.
Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su
bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və balıqçılıq
təsərrüfatı meliorasiyası işləri Fondun vəsaitləri və dövlət vəsaiti hesabına
maliyyələşdirilir.
Nərə cinsli balıqların və digər qiymətli balıq növlərinin artırılması və
bərpası dövlət tərəfindən stimullaşdırılır.
Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə
mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində
balıqartırma, balıqyetişdirmə və balıqçılıq təsərrüfatı meliorasiyası işləri
balıqçılıq su obyektlərinin mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçiləri
tərəfindən maliyyələşdirilir. Balıqçılığın elmi təminatı məqsədli proqramlar
əsasında dövlət vəsaiti və Fondun vəsaiti hesabına müvafiq elmi-tədqiqat
müəssisələri tərəfindən həyata keçirilir.”;
38. 34-cü maddə üzrə:
38.1. adında və birinci hissədə (hər iki halda) "ehtiyatlarına” sözü "və digər
su bioresurslarına” sözləri ilə əvəz edilsin;
38.2. birinci hissədə "əhəmiyyətli su hövzələrində” sözləri "su obyektlərində”
sözləri ilə əvəz edilsin;
38.3. ikinci hissədə "ehtiyatlarının” sözü "və digər su bioresurslarının”
sözləri ilə, "balıqtəsərrüfatı meliorasiya” sözləri "balıqçılıq təsərrüfatı
meliorasiyası” sözləri ilə əvəz edilsin;
39. 35-ci maddə üzrə:
39.1. adı aşağıdakı redaksiyada verilsin:
"Balıq və digər su bioresurslarının mühafizəsi və akvakulturanın
stimullaşdırılması”;
39.2. birinci hissədə "balıq ehtiyatlarının artırılması, bərpası və” sözləri
"balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin, "mühafizəsi”
sözündən sonra "və akvakultura” sözləri əlavə edilsin;
39.3. ikinci hissədə "ehtiyatlarından” sözü "və digər su bioresurslarından”
sözləri ilə, "ödənişlərin və qeyri-qanuni balıq ovuna görə” sözləri "ödəmələrin
və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna” sözləri ilə,
"ehtiyatlarının” sözü "və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
39.4. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Akvakultura ilə məşğul olan fiziki və hüquqi şəxslərə Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda və qaydada vergi
azadolmaları və güzəştləri tətbiq edilir.”;
40. 36-cı maddə üzrə:
40.1. adında, birinci və ikinci hissələrdə "balıq ehtiyatlarının” sözləri
"balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
40.2. adında "dövlətlərarası” sözü "beynəlxalq” sözü ilə əvəz edilsin;
40.3. ikinci hissədə "razılaşmalar, sazişlər və” sözləri "beynəlxalq” sözü ilə
əvəz edilsin;
41. 37-ci maddə üzrə:
41.1. adında, birinci və üçüncü hissələrdə "ehtiyatlarından” sözü "və digər su
bioresurslarından” sözləri ilə əvəz edilsin;
41.2. üçüncü hissədə "dövlətlərarası müqavilələri, sazişləri” sözləri "tərəfdar
çıxdığı beynəlxalq müqavilələr” sözləri ilə əvəz edilsin;
42. 38-ci maddənin adında, birinci, ikinci və üçüncü hissələrdə
"ehtiyatlarından” sözü "və digər su bioresurslarından” sözləri ilə əvəz
edilsin;
43. 39-cu maddədə "dövlətlərarası” sözü "beynəlxalq” sözü ilə, "ehtiyatlarının”
sözü "və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
44. 41-ci maddə üzrə:
44.1. ikinci hissədə "dövlətlərarası müqavilələrinə” sözləri "tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə” sözləri ilə əvəz edilsin, ", sazişlərinə” sözü
çıxarılsın;
44.2. üçüncü hissədə "su hövzələrində” sözləri "balıqçılıq su obyektlərində”
sözləri ilə, "beynəlxalq müqavilələrində” sözləri "tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə” sözləri ilə əvəz edilsin;
45. 42-ci maddənin adından "fəaliyyəti” sözü çıxarılsın, mətnində "və balıq
ehtiyatlarının” sözləri ", balıq və digər su bioresurslarının” sözləri ilə əvəz
edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi