ABŞ-la UKRAYNA ARASINDA TARXİ SAZİŞ İMZALANDI - "Ukrayna sürətlə toparlanacaq, Rusiya və müttəfiqləri isə..."
01-05-2025 [08:55]
Bu gün ABŞ və Ukrayna qiymətli metallar (nadir torpaqlar) haqqında tarixi saziş imzalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ hökuməti açıqlama verib.
ABŞ Maliyyə naziri Skott Bessent sazişin imzalanma anında bunu tarixi razılaşma adlandırıb və "bu razılaşma Rusiyaya açıq şəkildə Tramp administrasiyasının uzunmüddətli dövr üçün azad, suveren və firavan Ukrayna mərkəzli sülh prosesinə sadiq olduğunu nümayiş etdirir” deyib.
Bessent Abu sazişin ərsəyə gəlməsinə görə Donald Trampa təşəkkür edib: “Prezident Trampın davamlı sülhü təmin etmək üçün yorulmaz səyləri sayəsində ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunu yaradan tarixi iqtisadi tərəfdaşlıq sazişinin ABŞ və Ukrayna arasında imzalandığını elan etməkdən məmnunam. Prezidentin dediyi kimi, ABŞ bu amansız və mənasız müharibənin sona çatmasına kömək etmək öhdəliyi götürür. Aydındır ki, biz çiçəklənən Ukrayna üzərində qurulmuş sülh prosesinə sadiqik. Prezident Tramp Amerika xalqı və Ukrayna xalqı arasında bu tərəfdaşlığı hər iki tərəfin Ukraynada davamlı sülh və firavanlığa sadiqliyini nümayiş etdirmək üçün dizayn edib. Onu da aydın deyim ki, Rusiyanın hərbi maşınını maliyyələşdirən və ya təchiz edən heç bir dövlətin və ya fərdin Ukraynanın yenidən qurulmasından faydalanmasına icazə verilməyəcək”
Ukraynanın İqtisadiyyat naziri və baş nazirin müavini Yuliya Svırıdenko hökuməti adından bu sazişə imza atdığını açıqlayıb: “Biz ABŞ ilə birlikdə ölkəmizə qlobal sərmayələri cəlb edəcək fondu yaradırıq. İmzalanan müqavilənin hər iki ölkənin maraqlarına uyğun olmaqla, mühümdür. Saziş üzərində işləyən və onu daha mənalı edən hər kəsə təşəkkür edirəm. Bu müqavilə Ukrayna və ABŞ-ın müvəffəqiyyətini təmin etməyə qadirdir"
ABŞ hökumətinin yaydığı bəyanatda isə razılaşmanın hər iki ölkəyə fayda verəcəyi vurğulanıb: "Rusiyanın işğalından sonra Amerika xalqının Ukraynanın müdafiəsinə verdiyi əhəmiyyətli maliyyə dəstəyinin tanınması ilə qurulan bu iqtisadi tərəfdaşlıq, iki ölkənin birlikdə işləməsinə və birgə sərmayə qoymasına imkan verəcək, ortaq aktivlərimiz və imkanlarımız Ukraynanın iqtisadi inkişafı və infrastrukturunun bərpasını sürətləndirəcək"
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi