Türklərdən Zakir Həsənova müraciət: Döyüşmək istəyirik

img

12-08-2014 [14:04]


Türkiyə vətəndaşları ermənilərə qarşı döyüşmək üçün Azərbaycan Müdafiə Nazirliyinə (MN) müraciət edirlər. APA-nın məlumatına görə, artıq xeyli Türkiyə vətəndaşı tərəfindən Azərbaycan Müdafiə Nazirliyinə qurumun rəsmi internet saytı vasitəsi ilə müraciətlər daxil olub. Müraciətlərdə Ermənistanın cəbhədəki təxribat xarakterli addımları pislənilib, Azərbaycan dövlətinə dəstək ifadə olunub. Müraciət edənlər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında ermənilərə qarşı döyüşmələrinə şərait yaradılmasını istəyiblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, qoşun komandanları da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova telefon açaraq cəbhədə baş verən hadisələrlə maraqlanıb, şəhid olmuş əsgərlərlə bağlı müdafiə nazirinə və Azərbaycan xalqına başsağlığı verib, Azərbaycana dəstəklərini ifadə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA